22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Saakaşvili bir neçə saatdan sonra aclıq aksiyasına son qoyub
Tarix: 14-12-2022 23:32 | Bölmə: Siyasət


Tbilisidəki "Vivamed" klinikasında müalicə olunan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili bir neçə saat əvvəl elan etdiyi aclıq aksiyasını dayandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,o, vəkilləri vasitəsilə jurnalistlərə göndərdiyi məktubda hərəkətinin səbəblərini açıqlayıb. Səbəblərdən biri də siyasətçini guya qəsdən sağlamlığına zərər vurmaqda ittiham etməyə əsas verməməkdir.
“İkinci və əsas səbəb odur ki, Avropa Parlamenti deputatları qəti şəkildə məni aclıq aksiyasını dayandırmağa çağırdılar və minimum hüquqlarımı qorumaq üçün daimi monitorinq aparmağa söz verdilər”, - Saakaşvilinin məktubunda deyilir.
Eks-prezident israr edir ki, səhhəti qəsdən yemək yemədiyinə görə yox, zəhərlənmə nəticəsində pozulur. “Və bunu ən yaxşı ekspertlər, o cümlədən əcnəbi həkimlər, Nobel mükafatı laureatları da təsdiqləyir”, o deyir.
Dekabrın 14-də Saakaşvili vəkilləri vasitəsilə məhkəmənin keçirildiyi Tbilisi Şəhər Məhkəməsi ilə videobağlantı yaratmayan penitensiar xidmətin hərəkətlərinə etiraz olaraq aclıq aksiyasına başladığını elan edib. Məhkəmə bu işə baxılmasını dekabrın 22-nə təxirə salıb.
Gürcüstanın ədliyyə naziri Rati Breqadze Saakaşvilini onun sağlamlığına məqsədyönlü şəkildə zərər vurmaq cəhdlərində ittiham edib, “İnterfaks” yazır.


Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər