12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
ABŞ Rusiyanı sanksiyalardan yayınmaq üçün gizli elektronika almaqda ittiham edir
Tarix: 14-12-2022 09:33 | Bölmə: Siyasət


ABŞ hakimiyyəti dörd rusiyalını: Yevgeni Qrinin, Aleksey İppolitov, Boris Livşits və Svetlana Skvortsovanı ABŞ sanksiyalarından yayınaraq milyonlarla dollar dəyərində hərbi və ikili təyinatlı məhsullar almaqda ittiham edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə Nyu-York məhkəməsinin dekabrın 13-də açıqlanan materiallarında deyilir.
Amerika tərəfinin bildirdiyinə görə, təqsirləndirilən şəxslər ABŞ-da sanksiya tətbiq olunan məhsulları alıb və müxtəlif ölkələrdəki ön şirkətlər şəbəkəsi və bank hesablarından istifadə edərək Rusiyaya göndəriblər. Ruslar bu fəaliyyətlə ən azı 2017-ci ildən məşğul olurlar.
Alınan məhsullar arasında ən son elektronika və kvant kompüterlərinin, hipersəs və nüvə silahlarının hazırlanmasında istifadə olunan mürəkkəb sınaq avadanlığı da var idi.
Əsas şübhəlinin adı daha əvvəl ABŞ-ın sanksiyalar siyahısına daxil edilmiş Qrininin olub.
Məhkəmənin materiallarından belə çıxır ki, ruslara qarşı ittihamlar ABŞ hakimiyyəti tərəfindən hələ sentyabr ayında irəli sürülüb. RİA Novosti yazır ki, müttəhimlərin hazırda harada olduğu açıqlanmır.



Baxış sayı: 200


Bölməyə aid digər xəbərlər