12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Viktor But Liberal Demokrat Partiyasına qəbul edildi
Tarix: 12-12-2022 13:03 | Bölmə: Siyasət


Amerika həbsxanasından çıxan və Rusiyaya qayıdan rusiyalı iş adamı Viktor But Liberal Demokrat Partiyasına keçib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,üzvlük vəsiqəsini ona Liberal Demokratların lideri Leonid Slutski Ümumrusiya partiyasının mitinqi zamanı təqdim edib. Tədbir dekabrın 11-dən 13-dək Sütunlar zalında keçirilir.
"Mən əminəm ki, iradəli və cəsarətli Viktor But burada (partiyada) layiqli yer tutacaq", - TASS Slutskidən sitat gətirib: "Sıralarımıza xoş gəlmisiniz".
But Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri üsyançı qruplaşmasını silahla təmin etmək niyyətində təqsirli bilinərək 25 il müddətinə azadlıqdan məhrum edildikdən sonra ABŞ həbsxanasında təxminən 15 il keçirdi. Qərb mətbuatında rusiyalı iş adamı əsasən qanunsuz silah alverçisi adlandırılıb.
Cümə axşamı o, Rusiyada narkotik qaçaqmalçılığına görə 9 il həbs cəzasına məhkum edilmiş amerikalı basketbolçu Britni Qrinerlə mübadilə çərçivəsində azad edilib.



Baxış sayı: 203


Bölməyə aid digər xəbərlər