22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Ərdoğan Ukraynaya humanitar yardım vəd edib
Tarix: 12-12-2022 09:42 | Bölmə: Siyasət


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenski ilə telefonla danışıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Türkiyə lideri ölkəsinin Ukraynaya humanitar yardım çatdırmağa davam edəcəyinə söz verib. Xüsusilə sərt qış aylarında.
Ərdoğan həmçinin bildirib ki, taxıl dəhlizi müxtəlif ərzaq məhsulları və digər malların tədarükü hesabına genişləndirilə bilər. Bundan əlavə, Türkiyə prezidenti Zaporojye AES probleminin həllinin tapılacağına ümid etdiyini bildirib.
TASS agentliyi yazır ki, daha əvvəl Zelenski Türkiyənin Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracını artırmağa kömək edə biləcəyini deyib.
Xüsusilə Ankara “Ukraynadan taxıl” proqramını dəstəkləyə bilər. İndi Ukrayna limanları öz imkanlarının yarısı ilə işləyir, lakin onlar on milyonlarla ton məhsul tədarük edə bilər”, - deyə Zelenski əlavə edib.


Baxış sayı: 166


Bölməyə aid digər xəbərlər