12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Almaniya məhkəməsi çevrilişdə şübhəli bilinən 23 nəfərin həbsinə icazə verib
Tarix: 10-12-2022 03:19 | Bölmə: Siyasət


Almaniyanın məhkəmə orqanları sağçı “Reyxsburqer” (“Reyx vətəndaşları”) qruplaşmasının 23 üzvünün həbsinə razılıq verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu hərəkatın üzvləri dekabrın 7-də saxlanılıb, onlar ölkə hakimiyyətini devirmək planında şübhəli bilinirlər.
Bundan əlavə, Almaniya hakimiyyəti Avstriya və İtaliyada saxlanılan daha iki şübhəlinin ekstradisiyası üçün sorğu başlatdı. Bu barədə "Associated Press" xəbər verir.
Almaniyada ifrat sağçılara qarşı genişmiqyaslı reydlər çərşənbə günü, dekabrın 7-də keçirilib. Dövlət çevrilişi hazırlamaqda şübhəli bilinərək 22 Almaniya vətəndaşı və bir rusiyalı qadın saxlanılıb.
Almaniya prokurorluğu sui-qəsdçilərin Bundestaqı ələ keçirməyi, hazırkı siyasətçiləri həbs etməyi və müvəqqəti hökumət qurmağı planlaşdırdığını bildirib.
Reydləri şərh edən Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, bunlar “AFR-nin daxili problemləridir” və Rusiya Federasiyasının dövlət çevrilişinin hazırlanmasına hər hansı müdaxiləsindən söhbət gedə bilməz.



Baxış sayı: 235


Bölməyə aid digər xəbərlər