12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
AK Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketi təqdim edib- İngiltərə bunu dekabrın 9-da edəcək
Tarix: 08-12-2022 00:21 | Bölmə: Siyasət

Avropa Komissiyası Rusiyaya qarşı növbəti sanksiyalar paketini təqdim edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,"bu gün biz doqquzuncu sanksiya paketi ilə Rusiyaya təzyiqi artırırıq", - AK prezidenti Ursula fon der Leyen "İnterfaks"-a istinadən videomüraciətində bildirib.
Yeni paket çərçivəsində daha 200-ə yaxın fiziki və hüquqi şəxs, üç bank, dörd telekanal və müdafiə sənayesi şirkəti “qara siyahı”ya salınacaq.
Güman edilir ki, məhdudiyyətlər Dövlət Dumasının deputatlarına, Federasiya Şurasının üzvlərinə, bir sıra nazir və qubernatorlara, yüksək rütbəli Rusiya hərbçilərinə şamil olunacaq. Siyasi partiyalar və müdafiə müəssisələri də məhdudiyyətlərə məruz qalacaq.
Bundan əlavə, paketə ikili təyinatlı pilotsuz təyyarələrin və onların komponentlərinin tədarükünə, həmçinin Rusiyanın dağ-mədən sənayesinə yeni investisiyalara ixrac məhdudiyyətləri daxil ediləcək.
TASS yazır ki, anti-Rusiya sanksiyalarının doqquzuncu paketi gələn həftə Aİ Şurası tərəfindən təsdiqlənməlidir.
Bu arada, "Bloomberg"-in məlumatına görə, Böyük Britaniya hakimiyyəti dekabrın 9-da Rusiyaya qarşı yeni sanksiyalar paketini elan etmək niyyətindədir.
Bəzi məlumatlara görə, "korrupsiya və insan hüquqlarının pozulması ilə əlaqəli" ruslar məhdudiyyətlərə məruz qalacaqlar. Yeni sanksiyalar həm də artıq mövcud olan məhdudiyyətlərdən yayınmağın qarşısını almaq məqsədi daşıyır.



Baxış sayı: 197


Bölməyə aid digər xəbərlər