12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
“Uçan Qərargah” Rusiya sərhədindən 50 km aralıda aşkarlanıb
Tarix: 07-12-2022 00:14 | Bölmə: Siyasət


Çərşənbə axşamı, dekabrın 6-da ABŞ Hərbi Hava Qüvvələrinə məxsus komanda-nəzarət təyyarəsi NATO-nun Almaniyadakı Ramşteyn aviabazasından havaya qalxıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,onun marşrutu Polşa və Litva ərazisi üzərində səmada izlənilib.
“Uçan qərargah” adlanan çoxfunksiyalı “Boeing E-8C Joint STARS” Berlin ərazisində bir müddət uçdu, sonra şərqə doğru irəlilədi. Onun marşrutu uçuş izləmə xidməti Flightradar vasitəsilə qeydə alınıb. Kalininqrad vilayəti ilə sərhəddən çox da uzaq olmayan Polşa və Litva ərazisi üzərindən keçdi.
"Uçan qərargah"a əlavə olaraq, JAKE11 çağırış nişanlı Amerika strateji kəşfiyyat təyyarəsi Boeing RC-135W Rivet Joint oxşar marşrutla uçdu. Onu daha çox Polşanın Belarusla sərhədindəki vəziyyət maraqlandırırdı.



Baxış sayı: 189


Bölməyə aid digər xəbərlər