Bütün xəbərlər
Putin Rusiyanın nüvə sistemlərini tərifləyib
Tarix: 03-12-2022 01:22 | Bölmə: Siyasət


Rusiya prezidenti Vladimir Putin Rusiyanın bir çox hərbi komplekslərinin, o cümlədən nüvə komplekslərinin dünyada analoqu olmadığını bildirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,o, bu barədə "Rosatom"-un 15 illiyi ilə bağlı videomüraciətində bildirib.
Putin qeyd edib ki, "Rosatom" Rusiya nüvə triadasının möhkəmlənməsinə, yeni perspektivli texnika və silahların hazırlanmasına və döyüş növbəsinə qoyulmasına böyük töhfə verir.
"Onların çoxunun dünyada analoqu yoxdur" deyib.
Putin həmçinin qeyd edib ki, əldə edilən bəzi nailiyyətlər “həqiqətən də sıçrayış xarakteri daşıyır”, Rusiyanın nüvə enerjisində elə texnologiyalar var ki, onu nüvə klubunun digər üzvü ölkələri arasında uzunmüddətli strateji rəqabət qabiliyyəti ilə təmin edir.


Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər