Bütün xəbərlər
Peskov Putin fenomenindən danışıb
Tarix: 28-11-2022 16:34 | Bölmə: Siyasət

İctimai etimadın yüksək səviyyəsi Rusiya prezidenti Vladimir Putinin fenomenidir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bunu jurnalistlərlə söhbəti zamanı dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
Kreml sözçünün sözlərinə görə, bütün qərarlarını əsas götürdüyü prezident üçün xalqın dəstəyi və etimadı hər şeydən önəmlidir.
Peskov qeyd edib ki, əhalinin Putinə etimadının göstəriciləri ənənəvi olaraq çox yüksəkdir və onların həftədən həftəyə dəyişməsi əhəmiyyətsizdir - bu, dövlət başçısının səmərəli işlədiyini göstərir.
"VTsİOM" sorğusunun son nəticələri göstərib ki, rusiyalıların 78,7%-i Putinə inanır, 75%-i isə onun fəaliyyətini bəyənir, RİA Novosti xatırladır.


Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər