12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Ərdoğan Əsədlə münasibətlərin gələcəkdə normallaşacağına inanır
Tarix: 28-11-2022 01:57 | Bölmə: Siyasət


Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Suriya arasındakı münasibətlərin gələcəkdə Türkiyə-Misirdən nümunə götürərək yaxşılaşa biləcəyini deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,siyasətdə narazılığa yer yoxdur, deyən Türkiyə prezidenti Ankara ilə Qahirə arasında fikir ayrılıqlarının olduğunu, lakin sonda iki dövlət arasında münasibətlərin məqbul formaları tapıldığını xatırladıb.
Ərdoğan qeyd edib ki, Misir rəhbəri Əbdülfəttah əs-Sisi onların Qətərdəki görüşündən çox məmnun olub və “normallaşma prosesinin nazirlər səviyyəsində davam edəcəyinə” ümid etdiyini bildirib.
Ərdoğanın Suriya lideri Bəşər Əsədlə yaxşı münasibəti var idi. Lakin Suriyada vətəndaş müharibəsinin başlaması ilə Türkiyə lideri Əsədin əleyhdarlarının tərəfini tutdu, İnterfaks xatırladır.



Baxış sayı: 208


Bölməyə aid digər xəbərlər