12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Paşinyan Makronla Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edib
Tarix: 20-11-2022 02:15 | Bölmə: Siyasət

Ermənistanın baş naziri Nikol Paşinyan Tunisdə Fransa prezidenti Emmanuel Makronla görüşüb, Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi ilə bağlı məsələləri müzakirə edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, onların söhbəti Beynəlxalq Frankofoniya Təşkilatının 18-ci sammiti çərçivəsində baş tutub.
Paşinyan və Makron Ermənistan, Fransa, Azərbaycan liderlərinin və Avropa İttifaqı Şurasının prezidentinin oktyabrda Praqada keçirilən dördtərəfli görüşünün nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar. Müzakirədə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində addımların atılmasının vacibliyi vurğulanıb.
İki ölkə liderləri Ermənistan və Fransa arasında ikitərəfli əməkdaşlığın gələcək inkişafını da müzakirə ediblər.



Baxış sayı: 216


Bölməyə aid digər xəbərlər