Bütün xəbərlər
Pelosi yeni Nümayəndələr Palatasında Demokratlar Partiyasının lideri vəzifəsindən istefa verəcək
Tarix: 18-11-2022 01:06 | Bölmə: Siyasət


ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu günlərdə Respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasının Demokratlar Partiyasının lideri vəzifəsindən istefa verəcəyini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,eyni zamanda, Pelosi Konqresdə sıravi üzv kimi qalacağını və liderlik mövqeyinə can atmayacağını bəyan edib.
Onun sözlərinə görə, o, yanvarda vəzifəsini tərk edəcək.
"Mənim üçün çox hörmət etdiyim demokratik fraksiyaya yeni nəslin rəhbərlik edəcəyi saat yetişdi. Və mən minnətdaram ki, bu qədər insan bu böyük məsuliyyəti öz üzərinə götürməyə hazırdır".
Nensi Pelosi bu postu tutan ilk qadın olub. O, iki dəfə Nümayəndələr Palatasında Demokratları hakimiyyətə gətirdi və Barak Obama və Co Bayden administrasiyalarının əsas qanunvericilik nailiyyətlərində mərkəzi fiqur idi, "New York Times" qeyd edir.


Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər