Bütün xəbərlər
ABŞ Yaxın Şərqə iki strateji bombardmançı yerləşdirib
Tarix: 11-11-2022 23:30 | Bölmə: Siyasət


İranın Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücum planları fonunda ABŞ Yaxın Şərqə iki B-52 strateji bombardmançı təyyarəsini yerləşdirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə noyabrın 11-də “Politico” Pentaqondakı mənbələrinə istinadən yazır.
“İran dövlət maşınının indi bölgədə yeni hücumlar həyata keçirmək üçün mükəmməl vaxt olduğuna inanan bir hissəsinin olmasına təəccüblənməməliyik. Bu, bu rejimin taktikasıdır... Biz təhdid xəbərlərini izləyirik, onlar bizi çox narahat edir”, - mənbə nəşrdən sitat gətirib.
Bundan əvvəl, noyabrın 6-da Prezident yanında Millətlərarası Münasibətlər Şurasının üzvü, politoloq Boqdan Bezpalko deyib ki,  İranın Səudiyyə Ərəbistanına hücumundan söhbət gedə bilməz.
Bundan əvvəl, noyabrın 1-də Ər-Riyad Vaşinqtona İranın Səudiyyə Ərəbistanındakı hədəflərə “qaçılmaz hücumu” ilə bağlı kəşfiyyat məlumatları ötürmüşdü. Səudiyyə rəsmiləri bildiriblər ki, guya Tehran təkcə krallığın özünə deyil, İraq Kürdüstanına- Ərbilə də hücumlar təşkil etməyi planlaşdırır.
İranın Kəşfiyyat Nazirliyi və İran İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatı ölkədəki iğtişaşların ABŞ, İngiltərə, İsrail və Səudiyyə Ərəbistanının kəşfiyyat qurumları tərəfindən həyata keçirildiyini bildirib. Tehran Qərb ölkələrini etirazları dəstəkləməkdə günahlandırır, onlar öz medialarında hökuməti devirməyə çağıran mesajlar yayırlar.


Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər