12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Pentaqonun 50-dən çox laboratoriyası Rusiya sərhədləri yaxınlığında yerləşir
Tarix: 04-11-2022 23:08 | Bölmə: Siyasət

Amerika hakimiyyəti xaricdə son dərəcə riskli bioloji layihələr həyata keçirməyə davam edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov “Newsweek”ə müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, Rusiya sərhədlərinin bilavasitə yaxınlığında Pentaqonun nəzarətində olan 50-dən çox laboratoriya var. Çin Xarici İşlər Nazirliyi ABŞ Müdafiə Nazirliyinin şəbəkəsinə dünya üzrə ən azı 336 belə obyektin daxil olduğunu müəyyənləşdirib.
Anatoli Antonov izah edib ki, biolaboratoriyalar tam məxfilik şəraitində işləyir. Vaşinqtondan bu cür yardım alan ölkələrdə epidemioloji vəziyyət pisləşir.
Bundan əvvəl Rusiya BMT Təhlükəsizlik Şurasından Ukraynada hərbi bioloji fəaliyyətləri araşdırmaq üçün komissiyanın yaradılmasına dair qətnaməni qəbul etməyə çalışıb. Layihə ABŞ, Böyük Britaniya və Fransa tərəfindən bloklanıb.



Baxış sayı: 210


Bölməyə aid digər xəbərlər