12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Ermənistan Rusiya sülhməramlılarının uzunmüddətli mövcudluğunu istəyir
Tarix: 02-11-2022 13:35 | Bölmə: Siyasət


Ermənistan hökuməti hesab edir ki, Rusiya sülhməramlıları Dağlıq Qaabağda ermənilərin hüquqlarını və təhlükəsizliyini təmin edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu çərşənbə günü parlamentdə çıxışı zamanı respublikanın baş naziri Nikol Paşinyan deyib.
“Etibarlı mexanizmlər və təminatlar” mövcud olduğu müddətdə sülhməramlılara ehtiyac olacaq.
Paşinyan daha sonra bildirib ki, Ermənistanın rusların mandatının “5-10-20 il və ya qeyri-müəyyən müddətə” uzadılması təklifi Rusiya və Azərbaycan prezidentləri ilə Soçidə keçirilən üçtərəfli görüşdə dəstəklənməyib.
Paşinyanın sözlərinə görə, sülhməramlıların səlahiyyət müddəti kağız üzərində təsbit edilməsə də, “bu, əminəm ki, gündəmdə olan məsələyə çevrilib”.
“İnterfaks” yazır ki, tərəflərdən heç biri buna qarşı çıxış etməsə, sülhməramlıların mövcudluğu mandatı avtomatik olaraq hər beş ildən bir yenilənir.



Baxış sayı: 234


Bölməyə aid digər xəbərlər