Bütün xəbərlər
Prezident Bağdat Amreyevi “Dostluq” ordeni ilə təltif etdi
Tarix: 22-10-2022 03:21 | Bölmə: Siyasət

                       Prezident Bağdat Amreyevi “Dostluq” ordeni ilə təltif etdi



Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, Sərəncamla Türk Dövlətləri Təşkilatının Baş katibi vəzifəsində səmərəli fəaliyyətinə və Azərbaycan Respublikası ilə Təşkilatın üzvü olan ölkələr arasında tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Bağdat Amreyev “Dostluq” ordeni ilə təltif edilib.



Baxış sayı: 286


Bölməyə aid digər xəbərlər