12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
“Ermənistan İranın keçirdiyi təlimlərdən ruhlanır”
Tarix: 19-10-2022 02:08 | Bölmə: Siyasət

                       “Ermənistan İranın keçirdiyi təlimlərdən ruhlanır”



“İranın Azərbaycan sərhədləri boyunca keçirdiyi hərbi təlimlərdən ruhlanan Ermənistan yenidən bizim əsgərlərin təhlükəsizliyi üçün təhdid yaradır, mövqelərimiz qarşısında artilleriya və digər texnika cəmləşdirir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev bildirib.
“Bunu hətta özləri də etiraf edirlər. Dünən Baş nazir ağayi Paşinyan guya Naxçıvana gedən kommunikasiya xətlərini açmağa hazır olduğunu bildirib. Ardınca da  Azərbaycanın yenidən başlarını əzməyə hazırlaşdığını vurğulaması məhz o deməkdir ki, qarşı tərəf növbəti təxribat planlaşdırır. Bu təxribatların da cavabsız qalmayacağını bildiyindən qabaqdangəlmişlik edir. Yəqin ona söz verilib ki, təmas xəttində hər hansı bir toqquşma olduğu halda göndərilən missiya Ermənistanın mövqeyindən çıxış edəcək. Digər tərəfdən isə Azərbaycanın güclənməsində özünün zəifləməsini görən başqa bir qonşumuzun keçirdiyi təlimdən ruhlanıb onların yenidən yardımlarına qaçacağı düşüncəsindədilər”, - deyə Sahib Alıyev qeyd edib. 
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru qoşunları Şərqi Azərbaycan və Ərdəbil vilayətlərinin şimalında hərbi təlimlərə başlayıb.
 






Baxış sayı: 261


Bölməyə aid digər xəbərlər