12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
“Mərkəzi Asiya ölkələrinə SSRİ kimi yanaşmayın” - Rahmondan Putinə müraciət
Tarix: 15-10-2022 03:44 | Bölmə: Siyasət

                        “Mərkəzi Asiya ölkələrinə SSRİ kimi yanaşmayın”


Tacikistan Prezidenti Emoməli Rəhmon Rusiya prezidenti Vladimir Putinə müraciət edərək Mərkəzi Asiya ölkələrinə SSRİ kimi yanaşmamağa çağırıb.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə informburo.kz portalı məlumat yayıb.
MDB Dövlət Başçıları Şurasının sammitində Rusiya liderinə müraciət edən Rəhmon bildirib ki, onun ölkəsi əsas strateji tərəfdaşı olan Rusiya Federasiyasının maraqlarına hörmət edir və ona hörmətlə yanaşılmasını istəyir.
Rəhmon çıxışı zamanı Sovet İttifaqının dağılmasının şahidi olduğunu da qeyd edib:
“İndiki kimi biz şahidi olurduq ki, kiçik respublikalara, kiçik xalqlara diqqət yox idi. Ənənələr və adətlər nəzərə alınmırdı. Onların inkişafı dəstəklənmirdi”.



Baxış sayı: 217


Bölməyə aid digər xəbərlər