Bütün xəbərlər
Leyla Abdullayeva Edillidəki məzarlıqla bağlı paylaşım etdi
Tarix: 04-10-2022 22:22 | Bölmə: Siyasət

               Leyla Abdullayeva Edillidəki məzarlıqla bağlı paylaşım etdi



    Xəbər verdiyimiz kimi, Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib.
"Qafqazinfo"nun məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva kütləvi məzarlıqla bağlı tviter hesabında paylaşım edib.
    Paylaşımda deyilir: "12 hərbçinin cəsədlərinin qalıqları aşkarlanıb. Hərbi cinayətlər haqqında danışanların diqqətinə: Birinci Qarabağ müharibəsi dövründə 4000 azərbaycanlı itkin düşüb, onların əksəriyyətinə işgəncə verilib, öldürülüb və kütləvi qəbistanlıqda dəfn edilib".


Baxış sayı: 60


Bölməyə aid digər xəbərlər