19:15 / 03-10-2026
Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan
00:03 / 02-10-2026
“Süni intellektdən soruşdum ki, hakimi əvəz edə bilərmi?” - İnam Kərimov
00:00 / 02-10-2026
Keçmiş futbolçu Səmədov Dzyuba təqaüdə çıxdıqdan sonra nə ilə məşğul olacağından danışdı
23:54 / 01-10-2026
Lionel Messi İspaniya futbol klubu "Eldense"nin sahibi oldu
19:25 / 01-10-2026
İran xarici işlər nazirinin müavini Moskva-Tehran münasibətlərinin perspektivlərini müzakirə etdi
19:19 / 01-10-2026
İran Xarici İşlər Nazirliyi ABŞ ilə münaqişənin həlli üçün şərtləri açıqladı
19:15 / 01-10-2026
Keçmiş mer Viktor Tarxovun qətlində ittiham olunan nəvəsi əqli cəhətdən sağlam hesab edilib
19:11 / 01-10-2026
İrina Farionun qətli ilə bağlı hökm oxunub
19:09 / 01-10-2026
Tramp: "Venesuela hələ prezident seçkilərinə hazır deyil"
19:02 / 01-10-2026
Məktəbli müəlliminin üzünü porno aktrisaya yapışdırdı və 20.000 rubl cərimə edildi
18:55 / 01-10-2026
"Gazeta Wyborcza": Polşa Prezidenti Navrocki dövlət vəsaitləri hesabına atlar alıb
18:52 / 01-10-2026
Nəhəng dəniz tısbağası xilas edilib
18:48 / 01-10-2026
Bir kişi dörd nəfəri yaralayıb və polis tərəfindən saxlanılıb
18:43 / 01-10-2026
Belarus Xarici İşlər Nazirliyi Parisin Minskin BMT Təhlükəsizlik Şurasının iclasında çıxış etməsinə mane olduğunu bildirdi
18:40 / 01-10-2026
Qismən batmış yaxta tapılıb
18:36 / 01-10-2026
Tramp: "Venesuela nefti tezliklə ABŞ-ın strateji neft ehtiyatını dolduracaq"
18:31 / 01-10-2026
Tramp ABŞ-ın noyabr seçkilərindən sonra İranı bombalamağa davam edə biləcəyini etiraf etdi
18:27 / 01-10-2026
Tramp: "Zelenski çox güclü ABŞ sursatını qəbul etməkdən imtina etdi"
18:25 / 01-10-2026
Dzyuba təqaüdə çıxdı, amma Rusiya Kubokunda oynayacaq
18:19 / 01-10-2026
13 tibb işçisi eyni gündə işdən çıxarılıb - 20 dəqiqəyə arayış veribmişlər
18:13 / 01-10-2026
Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
18:04 / 01-10-2026
General Əfqan Nağıyev 60-a çatdı
17:03 / 01-10-2026
Bir uşaq 23-cü mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalmayıb.
17:00 / 01-10-2026
Ufadan təxminən 50 turist Suxumda qalıb
16:58 / 01-10-2026
Şirkətin ortaq sahibinə qarşı sui-qəsd cəhdi edilib
16:55 / 01-10-2026
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
16:53 / 01-10-2026
İstintaq Komitəsi təqaüdçünün əməliyyat zamanı öldüyü xəstəxananı yoxlayacaq
23:58 / 30-09-2026
Atəşpərəst qadının və uşağının dəfn olunduğu yer tapılıb
23:54 / 30-09-2026
Kömür mədənində iş dayandırılıb; 300-dən çox insan təxliyə edilib
21:03 / 30-09-2026
Zaxarova Lavrovla Əfqanıstan Xarici İşlər Naziri arasında danışıqların aparılacağını açıqladı
21:00 / 30-09-2026
Ulyanov Avstriya Prezidentinə ölkəsinin xəritəsinə baxmağı təklif etdi
20:58 / 30-09-2026
Makron Britaniyanı AB-yə geri dəvət etdi
20:46 / 30-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Ukrayna hərbi qaçaqmalçılığın fəal iştirakçısına çevrilib
20:42 / 30-09-2026
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib
20:35 / 30-09-2026
Bolqarıstan Baş naziri bildirib ki, AB Rusiya ilə nüvə münaqişəsi riskini nəzərə almır
20:31 / 30-09-2026
Uşaq Ombudsmanı Ofisi Rusiyada 32 uşağa yaxınları ilə yenidən qovuşmağa kömək etdi
20:27 / 30-09-2026
İsrail müdafiə naziri Flydubai reysində baş verən hadisəni terror aktı cəhdi adlandırdı
20:18 / 30-09-2026
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
20:11 / 30-09-2026
Beş uşağın üzərinə paltar şkafı düşüb, xəsarət alıblar
2023-cü il “Heydər Əliyev İli” elan edildi
Tarix: 29-09-2022 14:56 | Bölmə: Siyasət
İlham Əliyev sentyabrın 29-da 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi barədə sərəncam imzalayıb.
Sabaha-inamla.az xəbər verir ki, sərəncamda 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olduğu qey dolunur.
Bildirilir ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Diqqətə çatdırılır ki, Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.
Qeyd olunur ki, böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.
Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.
Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.
Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.
Vurğulanır ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.
Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Baxış sayı: 523
Bölməyə aid digər xəbərlər

1-10-2026, 18:27
Tramp: "Zelenski çox güclü ABŞ sursatını qəbul etməkdən imtina etdi"
1-10-2026, 18:13
Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
30-09-2026, 19:40
Slutski: "Rusiya-ABŞ münasibətləri artıq sıfır səviyyəsində deyil"
30-09-2026, 19:26
Zaxarova Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli görüşün perspektivlərini qiymətləndirdi
29-09-2026, 17:53
Kreml bildirib ki, Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını istəməyəcək
29-09-2026, 17:42
Putin Serb Respublikası rəhbərliyinin nümayəndələri ilə görüşəcək
29-09-2026, 17:33
Lavrov bildirib ki, ABŞ ilə qıcıqlandırıcı amillərlə bağlı əlaqələrin vaxtı razılaşdırılır
29-09-2026, 01:34
Yeni təyin olunan icra başçısı onun müavini imiş
28-09-2026, 21:43
Finlandiyanın NATO-ya daxil olmasını tənqid etdi
28-09-2026, 16:47
Almaniya xarici işlər naziri Kallasa Lavrovla danışıqlarının nəticələri barədə məlumat verib
28-09-2026, 16:31
AB Ukraynadakı hərbi missiyasını 2028-ci ilə qədər uzadıb
27-09-2026, 21:00
Kardinal Zuppinin səfəri Rusiyaya necə kömək edəcək
27-09-2026, 20:43
Tokayev hərbçilərin həyatının qorunmasını prioritet adlandırdı
27-09-2026, 17:51
Antimilli ünsürlərin təxribatçı cəhdləri cəmiyyətin milli maraqlar ətrafında birliyini sarsıda bilmədi-Könül Nurullayeva
25-09-2026, 22:48
Vətən müharibəsində Azərbaycan yüksək səviyyəli hərbi potensial nümayiş etdirdi-Könül Nurullayeva
24-09-2026, 13:21
Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir-Könül Nurullayeva
23-09-2026, 19:15
Zaxarova Lavrov və Rubio arasında görüşdən ilk fotonu paylaşdı
22-09-2026, 18:50
BİR QURULTAY QƏRARI VƏ AZƏRBAYCANIN DƏYİŞƏN SİYASİ TALEYİ
22-09-2026, 18:16
Cəmiyyətin faktla manipulyativ məzmunu bir-birindən ayırmaq bacarığı vacibdir-Könül Nurullayeva
22-09-2026, 17:13
Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefonda danışdı
21-09-2026, 18:13
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
21-09-2026, 18:11
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
21-09-2026, 11:24
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
20-09-2026, 18:03
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
20-09-2026, 16:38
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
17-09-2026, 17:52
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17-09-2026, 17:08
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17-09-2026, 17:02
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
17-09-2026, 16:57
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16-09-2026, 20:18
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
16-09-2026, 19:50
Medvedev: "Rusiyanın müxalifləri çaşqınlıq və qorxu toxumu səpmək üçün heç nədən əl çəkmirlər"
16-09-2026, 19:21
Putin bildirib ki, heç kim Rusiyanı qorxutmaqda və bölməkdə uğur qazana bilməyəcək
15-09-2026, 18:07
Britaniya mediası Patruşevin Polşanın taleyi ilə bağlı açıqlamalarını "qorxulu" adlandırdı
15-09-2026, 17:53
Yermaka "sağlamlıq təhlükəsi" səbəbindən elektron qolbaq taxmağı dayandırmağa icazə verildi
15-09-2026, 12:29
Ermənistan Qarabağ mövzusunu revanşizm üçün alətə çevirməyə davam edir-Könül Nurullayeva
14-09-2026, 18:03
Politoloq Kazakov Vitkoff və Kuşnerin səfərinə reaksiyanı izah etdi
13-09-2026, 16:43
Britaniya səfirliyinin təhlükəsizlik işçisi tədricən Ukrayna mədəniyyətinə qərq oldu
12-09-2026, 20:53
“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
10-09-2026, 19:03
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
10-09-2026, 18:50
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
10-09-2026, 17:33
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir