23:05 / 23-04-2026
İranın hava hücumundan müdafiə sistemləri Tehranın bir neçə rayonu üzərində fəaliyyət göstərir
21:13 / 23-04-2026
Eskalatorda bir oğlan barmaqlarını zədələyib
21:02 / 23-04-2026
Dərs zamanı müəllimi təhqir etdiyinə görə cərimə olunub
20:56 / 23-04-2026
Avropa Şurası Kiyev rejiminə 90 milyard avroluq kreditin təsdiq prosesini başa çatdırıb
20:52 / 23-04-2026
Ukrayna Donbas üçün "həll yolu" elan etdi
20:49 / 23-04-2026
Finlandiya nüvə silahlarının idxalına icazə verməyi təklif edir
20:45 / 23-04-2026
Fransa və Polşa nüvə ssenarisi altında hava qüvvələri təlimləri keçirməyi planlaşdırır
20:36 / 23-04-2026
Bir qadın təriqət özəyi təşkil etdi və ona qarşı ittiham irəli sürüldü
20:30 / 23-04-2026
AB Rusiyaya qarşı 21-ci sanksiya paketi üzərində işə başlayıb
20:23 / 23-04-2026
Oğurluqda ittiham olunan polis məmuru üçün qabaqlayıcı tədbir görüb
19:40 / 23-04-2026
Putin Rusiyanın Arktikada qarşıdurmaya deyil, əməkdaşlığa hazır olduğunu bildirdi
19:37 / 23-04-2026
10 yaşlı oğlan yanan evdən bacısını çıxardı
19:34 / 23-04-2026
Tramp İranla razılaşma istəmir
19:31 / 23-04-2026
Livan İsrail atəşində həlak olan jurnalistlə vidalaşır
19:26 / 23-04-2026
AB dörd jurnalistə qarşı sanksiyalar tətbiq edib
19:23 / 23-04-2026
İranın son şahı Rza Pəhləvinin oğlunün üstünə qırmızı maye töküblər
19:12 / 23-04-2026
Yaponiya səfirliyi Kiyevə silah təchizatı ilə bağlı şərh verib
19:09 / 23-04-2026
Polis dəbilqəsiz uşağı daşıyan motosikletçini axtarır
19:06 / 23-04-2026
ABŞ terapiya və elmi tədqiqatlar üçün marixuanaya çıxışı sadələşdirib
18:20 / 23-04-2026
Vüqar Rəhimzadə: "İmzalanan sənədlər Azərbaycan-Latviya əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini yaradır"
18:12 / 23-04-2026
Vüqar Rəhimzadə: "Belçika və Niderland parlamentlərinin qərəzli qətnamələri sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır"
18:09 / 23-04-2026
Vüqar Rəhimzadə: "Mənəvi-əxlaqi dəyərlərdən uzaq olan ünsürlərin qarayaxmaları onların daxili xislətini ortaya qoyur
18:04 / 23-04-2026
Azərbaycan və Latviya arasında münasibətlər çox möhkəm çərçivəyə əsaslanır
17:52 / 23-04-2026
Bakı ilə Riqa arasında münasibətlərin geniş regional əməkdaşlıq modelinə çevrilmək perspektivi var-Könül Nurullayeva
23:29 / 22-04-2026
Məhkəmə ahıl qadına qarşı təcavüzdə ittiham olunan gənci həbs etdi
23:19 / 22-04-2026
Səkinə Sadıxova da işdən çıxarıldı
23:06 / 22-04-2026
Boksçu Murat Qassiyev Putini iyul ayında döyüşünə dəvət etdi
22:59 / 22-04-2026
İspaniya NATO-dan çıxmaqla bağlı referendumdan imtina etdi
20:25 / 22-04-2026
Ukrayna Silahlı Qüvvələrinin komandanı Krıma hücumlara görə qiyabi ömürlük həbs cəzasına məhkum edilib
20:22 / 22-04-2026
Yaşayış binasında baş verən yanğında üç nəfər həlak olub
20:17 / 22-04-2026
Avstraliya kinoteatrları qanunsuz olaraq Rusiya filmləri nümayiş etdirir
20:12 / 22-04-2026
Rayon rəhbərinə boru ilə hücum etdiyinə görə məhkum edilib
20:10 / 22-04-2026
Ana tərəfindən yeni doğulmuş uşağın qətli ilə bağlı cinayət işi açılıb
20:05 / 22-04-2026
Avropa Birliyi Macarıstandan Kiyevə kreditdən yazılı imtina təqdim etməsini tələb edib
20:02 / 22-04-2026
Avropa Komissiyasının Rusiyaya qarşı 20-ci sanksiya paketindən hansı bəndi çıxardığı məlum olub
19:59 / 22-04-2026
Politoloq qeyd edib ki, Paris və Varşavada keçirilən nüvə təlimləri ilə bağlı yeni bir şey yoxdur
19:56 / 22-04-2026
Patriarx Kirill Vatikanla mənalı dialoqdan danışdı
44 günlük müharibədə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın başçılığı ilə tarixi ədaləti bərpa etdi-Qənirə Paşayeva
Tarix: 27-09-2022 22:58 | Bölmə: Siyasət

Sabaha-inamla.az 27 Sentyabr MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın 27 Sentyabr – Şəhidləri Anım Günü ilə bağlı yazısını təqdim edir:
27 sentyabr bir dönəmin başlanğlıc günüdür. Bir başlanğıc günü eyni zamanda bir dönəmin də qapanış gününü ifadə etməkdədir. 44 günlük sürəcək müharibə başlamaya bilərdimi? Ermənistanın Azərbaycan torpaqlarını işğalının aradan qaldırılmasının qeyri-hərbi yolu mümkün idimi? Suallar çoxdur – ancaq bu istiqamətdəki bütün sualların ümumi bir cavabı var: işğalı sonlandırmağa heç bir ümid yaratmayan Ermənistan, sülhtanımaz dünya erməniliyi və onların ikili standartlar uyqulayan güclü havadarları qarşımızdaykən hərbi-siyasi yolun alternativi yoxuydu... 27 sentyabradək olan 200 illik dönəm... Söhbət, birdən-birə başlamamışdı və heç 30 il öncələrdə də başlamamışdı. Söhbət Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətindən gedir. Az-çox tarix bilgisi olanlar yaxşı bilir ki, ermənilərin əzəli-əbədi Azərbaycan torpağı olan Qarabağa köçürüldüyü dönəmdən etibarən xalqımıza qarşı başlamış yağı düşmənçilik siyasəti gizli və ya açıq şəkil alaraq qərinələr boyu davam edib. Ermənilər çar Rusiyasının əli ilə Qarabağda məskunlaşdırıldığı dönəmdən bəri bizim toponimləri dəyişməyə başlayıb, münbit, əlverişli əraziləri ələ keçirməyə çalışıb və çoxluq təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları ən müxtəlif üsul və vasitələrlə sıxışdırıblar. Ermənilər hələ İrəvana (Qərbi Azərbaycana) köçürülməmişdən öncə Qarabağda məskunlaşdırılıb. Rusiya inqilablarının yaratdığı ortamdan sui-istifadə edən fürsətkar erməni qəsbçiləri 1905-07-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vandalcasına qətliama uğradıb, soyqırım aktları törədib. 1918-20-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi amansız qəddarlığı ilə yadda qalıb. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda, hətta Arazın o tayında (!) on minlərlə dinc azərbaycanlı əhali soyqırım aktına uğradılıb, yaşayış yerlərindən qovulub, işgəncələr görüb. Yeri gəlmişkən, Güney Azərbaycanda azərbaycanlılara qarşı törədilmiş soyqırımları heç də Arazın bu tayındakı soyqırım aktlarından geri qalmayıb. Urmuda, Xoyda, Səlmasda, Makuda, çoxluğunu azərbaycanlılar təşkil edən qəsəbələrdə, kəndlərdə də belə hadisələr törədilib. Üstəlik, Doğu Anadoluda (Qars, Ərdəhan, Ərzurumda) da eyni vaxtda – sanki bir sistem halında vandalizm, soyqırım aktları törədilib. Yəni coğrafi məkan qorxunc dərəcədə böyükdür və dünya erməniliyinin, onların himayədarlarının bu soyqırımları məqsədyönlü işlədikləri danılmaz faktdır. Bax, 27 sentyabradək olan dönəm bu qədər uzaqlardan başlayır... Sovet dövrü də davam edən erməni məkri və ermənitanlı siyasət Təəssüflər ki, Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından didərgin salınması “beynəlmiləl” Sovet dönəmində nəinki dayandırılıb, hətta davam və inkişaf etdirilib... Sovetləşmənin ilk aylarında Azərbaycan Zəngəzuru itirib... 1948-1953-cü illərdə isə Ermənistanda – Qərbi Azərbaycandakı tarixi dədə-baba torpaqlarından 150 minə yaxın soydaşımız deportasiya olunub. Onlar Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə daha 300 minə yaxın soydaşımız öz doğma el-obasından, yurdundan zorla çıxarılıb; bununla da Ermənistan faktiki monoetnik dövlətə çevrilib. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “Dənizdən dənizə Ermənistan” adlı başıboş ideyasını gerçəkləşdirmək cəhdi kəndlərin, qəsəbələrin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin salınması ilə sonuclanıb. İlk siyasi-hüquqi qiymət Çox təəsüflər ki, Arazın hər iki tərəfindəki soyqırımlar uzun illər gizli saxlanılıb. Azərbaycanlılara qarşı törədilmiş soyqırımına dair ilk siyasi-hüquqi qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdiyi soyqırım siyasətinə Ümummilli lider ilk dəfə 26 mart 1998-ci ildə imzaladığı Fərmanla tarixi ayar vermiş oldu. – 31 mart – Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Xalqımız, dövlətimiz hər il Soyqırım qurbanlarını anır, yaddaşını təzələyir, beynəlxalq ictimaiyyəti bilgiləndirir. Tariximiz – bütün uğurları və uğursuzluqları ilə, sevinci və kədəri ilə bizimdir və biz ona yiyə dururuq. Ermənilərin araverməyən işğal siyasəti Rəsmi İrəvanın hərbi cinayətləri uzun illər içində davam edib: azalıb-artıb amma kəsilməyib... 1988-1994-cü illər içində xarici havadarları tərəfindən açıq və gizli surətdə silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal edib. İşğal zamanı yaşayış məntəqələri dağıdılıb, dinc əhali amansızcasına qətl edilib. Ağdaban, Başlıbel, Bağanis-Ayrım, Qaradağlı kəndlərində törədilmiş vandallıqlar erməni faşizminin əsl simasını (simazsızlığını) göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində 26 fevral – Xocalı Soyqırımı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri, bədnam 366-cı motoataıcı alayın dəstəyi ilə 7 min əhalisi olan Xocalı şəhərində soyqırım həyata keçirib. Xocalı Soyqırımında 613 nəfər, onlardan 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldu, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub, neçə nəfər əsir və girov götürülüb, işgəncə görüb... Beləliklə, Ermənistanın Azərbaycan elanolunmamış müharibəsini aradan qaldırmaq, işğala son vermək üçün güc tətbiq etməkdən savayı yol qalmamış oldu. Bu işdə ikili standartlar – beynəlxalq riyakarlıqlar az rol oynamadı. Bütün acizliklərə vurulan zəruri zərbə Müvafiq nizamlanma üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu öz fəaliyyətinin 29 ili içində məsələnin həllinə yox, tam tərsinə - dondurulmasına çalışdı. Bununla da illərlə aparılan danışıqlar sonucsuz qalmış oldu. İşə baxın ki, işğalçı (Ermənistan) ilə işğala məruz qalmış Azərbaycana eyni münasibət bəslənildi və beynəlxalq qətnamələr kağız üzərində qaldı. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi, Ermənistanla münasibətsizliklərə, işğala danışıqlar yolu ilə çözüm bulmağa çalışdı. Digər bir təşkilat – bu dəfə, dünyanın ən böyük təsisatı olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə faktiki acizlik nümayiş etdirdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi (822, 853, 874, 884) 27 il kağız üzərində qaldı və icra olunmadı... 27 sentyabrda başlayan müharibə ilə Azərbaycan Ordusu bütün acizlikləri aradan qaldırdı, BMT-nin, ATƏT-in etmədiyi, edə bilmədiyini özü 44 gün içindəcə etdi! İşğalın ağır fəsadları, davamlı erməni təxribatları Bir milyondan çox dinc azərbaycanlı 30 il içində qaçqın və məcburi köçkün həyatı sürmə zorunda qaldı. Ermənistan silahlı qüvvələrinin (dünya erməniliyinin, onların çoxbaşlı havadarlarının dəstəyi ilə) Azərbaycan torpaqlarını işğal etməsi yurddaşlarımızı doğma el-obasından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına, mədəni irsinə də ağır zərbə vurdu. Ermənistan bu müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı duruma saldı, şəhər və kəndlərimizdə infrastruktur tamamilə məhv etdi, bizə milyardlarla dollar dəyərində maddi ziyan vurdu. Nə biz unudarıq, nə tarix unudar... Ermənistan öz işğalçı siyasətini uzun illər davam etdirdi, ərazilərimizdə təxribatlar törətdi, təmas xətti boyunca yaşayan dinc əhalimizə atəş açdı, onların rahat yaşamına imkan vermədi. *İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanımızın əvəzsiz mədəniyyət abidələri də məhv edildi. Ermənistan tərəfindən işğal olunmuş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidəsi, 15 dekorativ sənət örnəyi) tarix və mədəniyyət abidələri olub. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə illər uzunu viran qaldı. Erməni qanmazlığı Uzun illər aparılan sülh danışıqları Ermənistanın qeyr-ciddi, pozucu yanaşmaları üzündən bir sonuc vermədi. Silahlar dindi və bəlli oldu ki, sülhtanımayan Ermənistan və havadarları ləyaqətli müharibəni də apara bilmir. Ermənistan hərbi-siyasi rəhbərliyi, dünya erməniliyi 2016-cı ilin Aprel, 2018-ci ilin Günnüt və 2020-ci ilin Tovuz Döyüşlərindən nəticə çıxarmağı bacarmadı. Hər kəs görürdü ki, Azərbaycan dövləti və xalqı işğalla qətiyyən barışmayacaqdır; lakin ermənilər bu döyüşlərdən nəinki nəticə çıxarmadı, üstəlik, respublikamıza qarşı diversiyaları davam etdirdi. Erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı, təxribatçı açıqlamalardan çəkinmədi. Bardağı daşıran son damla 27 sentyabr 2020-ci ildə atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtəri, Ağdam, Füzuli və Cəbrayılın işğalda olmayan yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq respublikamıza qarşı növbəti təcavüz aktına başladı. Hərbi qulluqçularımızla yanaşı 11 dinc sakinimiz, o cümlədən 2 uşaq həlak oldu. Sonucda, düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədi ilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək Əmri verdi. 27 sentyabrdan etibarən 44 günlük Zəfər sürəci başlamış oldu. Vətən Müharibəsi və tarixi Zəfər 44 günlük müharibədə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın başçılığı ilə tarixi ədaləti bərpa etdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Silahlı Qüvvələri I Qarabağ müharibəsi zamanı Ermənistanın işğal etdiyi əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən II Qarabağ müharibəsi Şanlı Ordumuzun gücünü, dövlət-xalq birliyinin təntənəsini göstərdi. Göstərdi ki, Azərbaycanın Zəfəri halal zəfərdir, xarici hərbi, iqtisadi dəstəyə əsaslanmır və xalq ruhunun yenilməzliyini, ordumuzun gücünü, Müzəffər Ali Baş Komandanın siyasi iradəsini təcalla etdirir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin azad edilməsi isə xüsusi unikal hadisə kimi dünya hərb elminin qızıl səhifəsinə düşdü. Ümumən 44 günlük müharibə “XXI yüzilin müharibəsi necə olur?” sualına cavab vermiş oldu. – Yəni ləyaqətli müharibə, yəni elektron hərb yeniliklərinin, konkret olaraq, PUA-ların tətbiqi ilə əski üsullar və əski silahların aparıcı rolu yararsızlaşdırılmış oldu. 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri hərbi əməliyyatların tam dayandırılması haqqında Bəyanat imzaladı. 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. – Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı sonucunda 5 şəhər, 4 qəsəbə, 286 kənd, habelə Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik işğaldan azad edildi. Bəyanata müvafiq olaraq, Ağdam, Kəlbəcər və Laçının işğalda qalan hissələri hərbi əməliyyatlarsız azad olundu. Vətən Müharibəsində 2907 hərbçimiz şəhid oldu, mindən çox əsgərimiz yaralandı; 6 nəfər isə hələ də itkin sayılır... Şəhidlərimizin əziz ruhu qarşısında dərin sayğılarla baş əyir, yaralı qazilərimizin öz sağlamlıqlarına qovuşmasını, itkinlərimizin tapılmasını Ulu Tanrıdan diləyirik. II Qarabağ müharibəsi bizim şanlı tariximizdir Bəli, tarixi Zəfərimiz tarixdən silinməyəcək böyük hadisədir! Azərbaycanın Şanlı Ordusu cəmi 44 gün içində düşmən ordusunun belini qırdı, 30 illik işğala son qoydu, xalqın ruhunu dirçəltdi. Düşməndən ağır intiqam alındı, işğalçı ordu torpaqlarımızdan qovuldu, ədalət bərpa olundu. Ləyaqətli Zəfər qazanmış Azərbaycan dövləti qürurludur, alnıaçıq, üzü ağdır! Azərbaycan Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən Müharibəsinin başlandığı günün – 27 sentyabrın Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. 02.12.2020-ci ildə imzalanmış bu Sərəncam şəhid ruhlarına, şəhidlərin doğmalarına yüksək ehtiramın göstəricisidir. Eyni zamanda, paytaxtımızda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunur. Ayrıca, Bakıda, şəhərimizin ən gözəl yerlərinin birində II Qarabağ müharibəsi qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır. “Dəmir Yumruq” abidəsi isə artıq işğaldana zad olunmuş şəhər və kəndlərimizə yaraşıq verməkdədir. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunub. Yüksək “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal (“Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”) təsis olunub. Vətən müharibəsində Qələbə münasibətilə orden və medalların təsis olunması iştirakçılara yüksək diqqətin, eləcə də, zəfərimizin əbədiləşdirilməsinin – gələcək nəsillər üçün qiymətli irsə çevrilməsinin təcəssümüdür. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. 44 günün daha 4 məqamı 1) Xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlı hər gün döyüşləri izləyir və Azərbaycanın uğurlarına sevinirdi. Xarici ölkələrdə yaşayan həmvətənlərimizin, soydaşlarımızın ürəyi 44 gün içində hər an tarixi Vətənlə bir döyündü; 2) Peşəkarlıq və döyüş hazırlığını artıran birgə hərbi təlimləRi özəlliklə vurğulamalıyıq. Müxtəlif dövrlərdə, qardaş Türkiyə ilə birgə keçirilmiş hərbi təlimlər sayəsində Azərbaycan Ordusunun təcrübəsi və taktik manevr etmə səriştəsi əsaslı şəkildə artmışdır. Ümumən bu müharibə Azərbaycan-Türkiyə sarsılmaz dostluq-qardaşlığının bir daha təsdiqi, sübutu oldu! Qardaş ölkənin mənəvi, siyasi-diplomatik dəstəyi Zəfərin qazanılmasında əvəzsiz rol oynadı. 3) 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə sonuclandı. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Zəfər qazandı, tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. 4) Bəli, çox fərqli təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında Zəfər çaldı, Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni təslimiyyətə məcbur etdi. Qəhrəman hərbçilərimizin yenilməz ruhu, peşəkarlığı, igidliyi hesabına, əziz şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Zəfərinə şahid oldu.
DÖVLƏTİMİZ VAR OLSUN!
Baxış sayı: 366
Bölməyə aid digər xəbərlər

23-04-2026, 17:52
Bakı ilə Riqa arasında münasibətlərin geniş regional əməkdaşlıq modelinə çevrilmək perspektivi var-Könül Nurullayeva
22-04-2026, 19:52
Rusiya Federasiyası Təhlükəsizlik Şurası: Ermənistan AB-yə qoşularsa, ÜDM-nin 23%-ni itirəcək
22-04-2026, 19:21
Vladimir Solovyov İtaliya Baş naziri Meloninin ittihamlarına cavab verdi
22-04-2026, 19:14
Zyuqanov Putin və Mişustinə Leninin əsərlərini öyrənməyi təklif etdi
22-04-2026, 19:10
Poddubnı Britaniya generalının Sırskinin müşaviri təyin olunması ilə bağlı şərh verdi
21-04-2026, 22:33
Siyasətçi Mema Zelenskini Rusiya ilə danışıqlara çağırdı
21-04-2026, 17:36
Norveçli vitse-admiral nüvə sualtı qayıqlarını Rusiyanın Arktikadakı prioriteti adlandırdı
19-04-2026, 23:50
Azərbaycan regionun rifahını nəzərə alan konstruktiv mövqe sərgiləyir-Könül Nurullayeva
19-04-2026, 18:59
Politoloq İrana qarşı münaqişənin necə bitə biləcəyini açıqladı
19-04-2026, 18:19
Ekspert: "ABŞ İrandakı əməliyyatın heç bir məqsədinə nail olmayıb"
16-04-2026, 22:55
Medinski "Köniqsberq motivlərini" tənqid etdi
16-04-2026, 22:33
Orban seçki məğlubiyyətinin əhəmiyyətli olduğunu etiraf etdi
16-04-2026, 18:56
Meksika səfiri saxlanılan rus qadını ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16-04-2026, 18:18
Zaxarova: "Kiyev Buça səhnələşdirməsinin şahidlərindən yaxa qurtarıb"
15-04-2026, 19:42
Media Zelenskinin İtaliyaya gəlişini xəbər verib
15-04-2026, 19:35
Zelenski bildirib ki, Kiyev Rusiya zərbələrinə "uzunmənzilli sanksiyalar"la cavab verəcək
15-04-2026, 19:14
Paşinyan Ermənistanın Rusiya ilə dostluğuna xələl gətirənləri "xarici agentlər" adlandırdı
14-04-2026, 20:01
Berlin Ukraynanın mineral ehtiyatlarının birgə işlənməsi barədə Kiyevlə razılığa gəldi
13-04-2026, 21:33
Hüquq müdafiəçisi Şesler: "Ukraynalı məhbuslar səngərdənsə kamera seçməyə üstünlük verərlər"
12-04-2026, 21:55
İslamabadda danışıqların uğursuzluğu Trampı çıxılmaz vəziyyətə salıb
12-04-2026, 21:34
Ekspert Knutov İranın Hörmüz boğazının blokadasına necə cavab verəcəyini izah etdi
12-04-2026, 21:21
Əgər qalib gəlsəydilər, ABŞ İranın danışıqları deyil, təslim olmasını tələb edərdi
9-04-2026, 15:31
Politoloq Trampın NATO-nu cəzalandırmaq istəyi ilə bağlı şərh verib
9-04-2026, 15:00
Moskva Ukraynaya 1000 həlak olan əsgərin cəsədini təhvil verdi, 41-i Rusiyaya qaytarıldı
8-04-2026, 22:02
Medvedev İranın Hörmüz boğazını bağlaması ilə bağlı şərh verdi
8-04-2026, 20:16
Senator Vasilenko ABŞ-ın İranı sındıra bilməyəcəyini bildirdi
8-04-2026, 19:56
İİKK ABŞ ilə danışıqlarda çox çeviklik göstərməyəcək
6-04-2026, 23:53
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər
6-04-2026, 20:40
Tramp İranla saziş üçün tarixi müəyyən etdi
5-04-2026, 18:00
Poddubnı Rusiya Silahlı Qüvvələrinin dronlarının hərəkətini əks etdirən görüntüləri nümayiş etdirdi
2-04-2026, 22:23
Vüqar Rəhimzadə: "31 Mart soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir"
2-04-2026, 19:49
Noginski ABŞ-ın Ermənistanda nüvə enerjisinin inkişafı ilə bağlı açıqlamalarını "səs-küylü" adlandırdı
1-04-2026, 19:44
Paşinyan Aİ və Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyün uyğunsuzluğunu başa düşdüyünü bildirib
1-04-2026, 19:36
Putin KTMT-nin Qarabağa müdaxilə etməməsi ilə bağlı şərh verdi
31-03-2026, 19:10
Kallas Ukrayna üçün kreditlə bağlı yaxşı xəbəri olmadığını söylədi
31-03-2026, 18:55
Zelenski bildirib ki, Moskva Ukrayna Silahlı Qüvvələrini Donbasdan çıxarmaq üçün Kiyevə iki ay vaxt verib
31-03-2026, 18:29
Moldovanın keçmiş prezidenti İqor Dodon Kişinyov və Tiraspol arasında dialoqa çağırdı