14:16 / 24-11-2025
Yandırılan kənd
12:47 / 24-11-2025
Yanğında iki qadın ölüb
Bütün xəbərlər
Polis qaraçı icmasında mədən fermasını dağıdıb
Tarix: 25-11-2025 11:23 | Bölmə: Digər

Leninqrad vilayətində qaraçılar mədən ferması qurublar.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region və Sankt-Peterburq üzrə Telegram kanalında məlumat verilib.
Polis Tosnenski rayonunda qaraçıların yaşadığı ərazilərdə genişmiqyaslı profilaktik reyd keçirib və köçəri icmaya mənsub yüzdən çox şəxsi müəyyən edib. Onlardan 24-ü yetkinlik yaşına çatmayan olub.
"Krasnı Bor kəndindəki 5-ci Yol küçəsindəki bir evin ərazisində aparılan axtarış zamanı polis zirzəmidə mədən qurğusuna bənzər avadanlıq aşkar edib", - deyə, idarə bildirib.
Ev sahibləri elektrik enerjisi istehlakının qanuniliyini təsdiqləyə bilməyiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları avadanlıqları müsadirə ediblər və hallar araşdırılır.
İyirmi bir nəfər polis bölmələrinə aparılıb, bir neçə nəfərə pasportsuz yaşamaqda ittiham irəli sürülüb. Onlara barmaq izləri götürülüb. Saxlanılanların bəzilərinə hərbi qeydiyyat və komissarlıq nümayəndəsinin iştirakı ilə çağırış vərəqələri təqdim edilib.
Polis həmçinin köçəri uşaqların yaşayış şəraitini yoxlayıb.Üç ailənin dağınıq vəziyyətdə olduğu, kifayət qədər yataq yeri və qida və zəruri ləvazimatların olmadığı aşkar edildi. Valideynlərə qarşı inzibati ittihamlar irəli sürüldü.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər