19:16 / 25-11-2025
Prezident Fərman imzaladı
Bütün xəbərlər
Nömrəni söküb avtobus zolağına girən sürücü - Saxlanıldı
Tarix: 25-11-2025 19:07 | Bölmə: Digər

nomreni-sokub-avtobus-zolagina-giren-surucu


Bakıda qeydiyyat nişanı olmadan idarə edilən avtomobilin görüntüləri yayılıb.
Sabaha-inamla.az xəbər verir ki, məsələ ilə bağlı DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Səbail rayonunda lentə alınan həmin görüntülər araşdırılıb.
Araşdırmalarla “Changan” markalı, 77-EX-* dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən müharibə veteranı E.Xəlilov müəyyən olunaraq saxlanılıb.
Polis əməkdaşları tərəfindən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokol tərtib olunmaqla barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb.



Baxış sayı: 78


Bölməyə aid digər xəbərlər