Bütün xəbərlər
Prezidentin köməkçisi Amerikada - Görüşlər keçirir
Tarix: 26-09-2022 22:16 | Bölmə: Siyasət

             Prezidentin köməkçisi Amerikada



Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin hazırki vəziyyəti, sülh müqaviləsi, sərhədlərin delimitasiyası ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə müzakirə olunub.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev şəxsi tviter hesabında yazıb.
“H.Hacıyev və K.Donfried arasında keçirilmiş görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin hazırki vəziyyəti, sülh müqaviləsi, sərhədlərin delimitasiyası və nəqliyyat məsələləri, o cümlədən Azərbaycan-ABŞ ikitərəfli strateji əlaqələrinin inkişaf perspektivləri müzakirə olundu”, - deyə məlumatda bildirilir.




Baxış sayı: 71


Bölməyə aid digər xəbərlər