21:59 / 05-11-2026
Müəllim məktəbli qıza təcavüz etməkdə ittiham edildikdən sonra intihar edib
21:55 / 05-11-2026
Rusiya və İran Rəşt və Astara arasında dəmir yolu tikintisi barədə razılığa gəliblər
21:51 / 05-11-2026
Slovakiya Prezidenti bildirib ki, Ukraynadakı münaqişə Avropanı yorur
21:47 / 05-11-2026
Viktor But Demokratların ABŞ ara seçkilərində niyə qalib gəldiyini izah etdi
21:42 / 05-11-2026
Rus qadını və qızını öldürən amerikalı ömürlük həbs cəzası alıb
21:38 / 05-11-2026
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
21:35 / 05-11-2026
Rusiyalı fiqurlu konkisürən Qorbaçova Yaponiyada keçiriləcək Qran Pri mərhələsinə dəvət olunub
21:31 / 05-11-2026
İran Təhlükəsizlik Şurasının katibi Rezai İran lideri Xameneidən Putinə mesaj çatdırdı
21:28 / 05-11-2026
Qara dənizin sahillərində nadir xallı delfin yenidən müşahidə edilib
18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
Ermənilər hər zaman azərbaycanlılara qarşı düşmənçilik siyasəti aparmış və bu çirkin əməlləri bu gün də davam etdirirlər-Kamilə Əliyeva
Tarix: 26-09-2022 10:03 | Bölmə: Siyasət

Çar Rusiyası tərəfindən ermənilərin qədim Azərbaycan yurdu olan Qarabağa köçürülməsindən 200 ildən çox vaxt keçib. Bu illər ərzində ermənilər hər zaman azərbaycanlılara qarşı düşmənçilik siyasəti aparmış və bu çirkin əməlləri bu gün də davam etdirirlər.
ХХ əsrin əvvəllərində, 1905-1907 və 1920-ci illərdə 100 minlərlə azərbaycanlı erməni vəhşiliyinin qurbanı olmuşdur. 1918-1920-ci illərdə erməni silahlı quldurlarının amansız, misli görünməmiş qəddarlığı xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Bu illərdə qədim Azərbaycan torpaqları olan İrəvanda, Zəngəzurda, Göyçədə, Bakıda, Şamaxıda, Qubada və bir çox digər ərazilərimizdə dinc azərbaycanlı əhalisi ermənilər tərəfindən işgəncələr verilərək qətlə yetirilmiş, xalqımız soyqırımına məruz qalmış, öz ata ocaqlarından qovulmuşdular. Sovetlər dövründə də ermənilər bu soyqırım siyasətlərini davam etdirmişdilər. 1948-1953-cü illərdə Ermənistandakı tarixi Azərbaycan torpaqları olan ərazilərdən 150 min, 1988-ci ildə isə 300 min soydaşımız deportasiya olunaraq Azərbaycana yerləşdirilmişdir. Həyata keçirilən bu deportasiya zamanı 10 minlərlə insan qətlə yetirilmiş, evləri dağıdılmış, yurd yerləri viran qoyulmuşdur.
Ermənilərin törətdikləri bu vəhşiliyə, soyqırımına ilk dəfə olaraq Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixdə imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilmişdir.
1988-ci ildən başlayaraq ermənilər öz havadarlarının köməyi ilə Qarabağda azərbaycanlıları qətlə yetirir, onların yaşadıqları evlərə od vururdular. Sonda Azərbaycan torpaqlarınının 20 faizi Ermənistan tərəfindən işğal edildi. Qarabağ və Şərqi Zəngəzurda ermənilər böyük vəhşiliklər törətdilər, soydaşlarımızı qətlə yetirirdilər. 1992-ci il fevralın 26-da ermənilər XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımını həyata keçirdilər. Yüzlərlə qadın, uşaq, qoca ən ağır işgəncələrlə qətlə yetirildi.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədi ilə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti məsələnin həllinə yox, dondurulmasına yönəlmişdir. Elə bu səbəbdən də illərlə davam edən danışıqlar nəticəsiz qalmışdır. Beynəlxalq təşkilatlar bu problemə ciddi yanaşmamışdılar. BMT TŞ-nın qəbul etdiyi 4 qətnamə kağız üzərində qaldı. BMT bir dəfə də olsun Ermənistana işğala son qoyması üçün heç bir təzyiq göstərmədi.
Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində bir milyona yaxın soydaşımız öz yurd yerlərindən qovuldu. Tarixi, mədəni, dini abidələrimiz dağıldı, şəhər və kəndlərimiz yerlə yeksan edildi. Təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc sakinlər erməni təxribatları nəticəsində həlak olurdular. Prezident cənab İlham Əliyev dəfələrlə Ermənistana və beynəlxalq ictimaiyyətə Azərbaycan xalqının bu işğalla barışmayacağını bəyan etmişdir. 2016-cı ilin aprelində Lələtəpə və 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını bir daha nümayiş etdirdi. Ermənistan bu dərslərdən nəticə çıxarmadı, təxribatçı hərəkətlərə, bəyanatlarına son qoymadı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu Azərbaycan ordusunun mövqelərinə intensiv top və raket zərbələri endirməyə başladı. Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam, Füzuli rayonlarını top atəşinə tutması nəticəsində hərbi qulluqçularımızla yanaşı 11 dinc sakin, o cümlədən 2 uşaq həlak olmuşdur. Ermənistanın bu geniş miqyaslı hərbi təxribatının qarşısını almaq və bu təxribatlara son qoymaq üçün Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan Ordusuna bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 27 sentyabr tarixindən Azərbaycan Ordusunun başladığı əks hücum zamanı Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri böyük igidlik və mərdlik göstərdilər. 44 günə Azərbaycan Ordusu Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı işğaldan azad etdi. Mədəniyyət paytaxtımız Şuşa şəhəri işğaldan azad edildikdən sonra Ermənistanın hərbi siyasi rəhbərliyi müqavimət göstərməyin mənasız olduğunu anladı. 10 noyabr 2020-ci ildə atəşkəsin elan olunması barədə üçtərəfli Bəyannamə imzalandı və bununla da Ermənistan kapitulyasiya aktına imza atmış oldu. 44 gün ərzində Azərbaycan Ordusu nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Azərbaycan əsgəri şəhid oldu, amma bir addım belə geri çəkilmədi. Vətən müharibəsində 2907 şəhid verdik. 1000 dən çox hərbiçimiz yaralandı, 7 nəfər itkin düşdü. Bu, Azərbaycan xalqının dönməzliyinin iradəsinin nümunəsidir.
Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kəndi işğaldan azad etdi. Bir çox hərbi əhəmiyyətli yüksəkliklər ələ keçirildi. Prezident Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu, qətiyyətli siyasəti nəticəsində Kəlbəcər, Laçın, Ağdam rayonları bir güllə atılmadan heç bil şəhid vermədən Azərbaycana qaytarıldı.
Vətən Müharibəsində əldə etdiyimiz Qələbə Azərbaycanın tarixinə yazılacaq ən şanlı hadisə oldu. Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə yanaşı beynəlxalq hüququ və ədaləti bərpa etdi. Ölkəmiz qalıb ölkə, müzəffər xalq kimi əbədi yaşayacaq. Vətən müharibəsində qəhrəmanlıqla vuruşaraq Azərbaycan bayrağını işğaldan azad edilmiş torpaqlarımızda dalğalandıran, bu yolda şəhid olmuş zabit və əsgərlərimizə ehtiram əlaməti olaraq Prezident cənab İlham Əliyev 27 sentyabr - Vətən Müharibəsinin başladığı günü - Azərbaycanda Anım Günü kimi qeyd edilməsi barədə 2 dekabr 2020-ci ildə Sərəncam imzaladı.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında böyük Zəfərə imza atdı. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü ordusu sıralarında yer alır. Azərbaycan Ordusu MDB də döyüş hazırlığına görə ön sıralarda gedir. Eləcə də Cənubi Qafqazda ən güclü ordudur. Bu Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı islahatların, silahlı qüvvələrin maddi - texniki, hərbi potensialının artırılması istiqamətində apardığı böyük işlərin məntiqi nəticəsidir. Vətən müharibəsində Azərbaycan Ordusunun apardığı döyüş taktikası dünya hərb tarixində yenilik hesab edilir. Bir çox qərb dövlətlərinin orduları, eləcə də ABŞ Hərbi Akademiyası və Pentaqon, Azərbaycan Ordusunun hərbi taktikasının öyrənilməsinin zəruri olduğunu qeyd ediblər.
Vətən Müharibəsi zamanı Ermənistan rəhbərliyi və hərbiçiləri Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyəcəyini anladıqları üçün hərbi cinayətə əl atdılar. Cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Goranboy şəhərlərini top raket atəşinə tutdular. Nəticədə 100 ə yaxın dinc, günahsız insanlar həlak oldular, 400 dən çox insan yaralandı. Minlərlə fərdi ev, onlarla çoxmərtəbəli yaşayış evləri dağıdıldı. Ermənistan rəhbərliyinin daha bir hərbi cinayəti işgal zamanı torpağa basdırılmış və onlarla vətəndaşımızın həlak olmasına səbəb olan minalanmış ərazilərin xətitələrini Azərbaycan tərəfinə verməməsidir. Beynəlxalq təşkilatlar mina xətitələrini Azərbaycana verməməsinə görə Ermənistanı qınamalı və hərbi məsuliyyətə cəlb etməlidir.
Bu gün Prezident cənab İlham Əliyev başda olmaqla bütün xalqımız torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olmuş hərbiçilərimizin ailə üzvlərinə və yaralanmış əsgər və zabitlərimizə böyük ehtiram göstərir.
Vətən Müharibəsində qazandığımız qələbə münasibətilə təsis edilmiş orden və medallar bu qələbənin əbədiləşdirilməsinə və iştirakçılarına ayrılan diqqətin nümunəsidir. Vətən müharibəsində qazandığımız qələbə münasibətilə Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə igid və qəhrəman döyüşçülərimiz orden və medallarla təltif olunublar. "Zəfər" və "Qarabağ " ordenləri ilə yanaşı "Vətən Müharibəsi Qəhrəmanı" medalı da daxil olmaqla 15 yeni medal təsis edilib. Bu gün dövlət tərəfindən bütün şəhid ailələrinə, qazilərə böyük diqqət və qayğı göstərilir. Müharibə zamanı əlini, qolunu, ayağını itirmiş yaralılar ən son texnologiyalarla hazırlanmış protezlərlə təmin edilir. On mindən çox şəhid ailəsi və qazilər mənzillərlə təmin edilmişdir. I və II Qarabağ müharibəsi əlillərinə Bakıda, Sumqayıtda və digər şəhər və rayonlarımızda bu ilin sonuna qədər mənzillər veriləcək. Müharibədə əlil olmuş hərbiçilərimizə 7000 dən çox avtomobil verilmişdir. Dövlətimizin həyata keçirdiyi bu qayğıya dəstək olaraq vətəndaş cəmiyyəti "Yaşat Fondu" yaratmışdır. "Yaşat Fondu"na indiyə qədər 75 milyon manat vəsait toplanmış və bu vəsait şəhid ailələrimizin sosial vəziyyətinin yaxşılaşdırılmasına, eləcə də qazilərimizin sağlamlığının bərpasına sərf olunur.
Vətən Müharibəsindəki qələbəmiz Ermənistan və onların havadarlarının bölgədəki siyasətini iflasa uğratdı. Prezident cənab İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusu və Azərbaycan xalqı bölgədə yeni reallıqlar yaratmağı bacardı. Bu reallıq bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət edir.
Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor
Baxış sayı: 590
Bölməyə aid digər xəbərlər

4-11-2026, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.