Bütün xəbərlər
Polşa səfiri: “Ukraynanın uğursuzluğa düçar olmasına imkan verməyəcəyik”
Tarix: 19-09-2022 19:15 | Bölmə: Siyasət

Rafal Poborski




     Biz Ukraynaya ehtiyac olduğu müddətdə dəstək verməyə davam edəcəyik.
      Bunu APA-ya açıqlamasında Polşanın Azərbaycandakı səfiri Rafal Poborski deyib.
     O, Ukraynanın Polşanın qonşusu olduğunu xatırladıb: “Eyni zamanda biz çox yaxşı anlayırıq ki, Ukrayna yalnız öz azadlığı üçün deyil, həm də regionumuzun azadlığı üçün savaşır. Həm Ukrayna hərbçiləri, həm də Ukraynanın mülki vətəndaşları Avropa dəyərlərinə nə qədər bağlı, sadiq olduqlarını göstərirlər, onlar azadlığa, müstəqilliyə, demokratiyaya sadiqliklərini nümayiş etdirilər. Bizim Ukraynaya dəstəyimiz davam edəcək”.
Səfir Polşanın indiyədək Ukraynaya 2 milyard avro dəyərində hərbi yardım göstərdiyini diqqətə çatdırıb: “Həmçinin Ukraynaya humanitar yardımı davam etdiririk. Bu həm Ukraynanın daxilindəki əhali, həm də Polşadakı ukraynalılara aiddir. İndiyədək təxminən 3 milyard avro dəyərində humanitar yardım göstərilib. Dəstəyimiz davamlı olacaq, çünki bu, yalnız Ukraynaya qarşı müharibə deyil, bu həm də bizə qarşıdır. Biz Ukraynanın uğursuzluğa düçar olmasına imkan verməyəcəyik”.
     Diplomat Polşa və Baltikyanı ölkələrin Rusiya vətəndaşlarına qarşı turist vizasına məhdudiyyət tətbiq etməsinə də münasibət bildirib. Diplomat nə zamansa bu qərarın dəyişəcəyinə ümidini ifadə etsə də, hazırkı vəziyyətdə bu addımın aradan qaldırılması üçün potensialın olmadığını vurğulayıb.



Baxış sayı: 219


Bölməyə aid digər xəbərlər