12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Nensi Pelosinin Ermənistana səfəri Azərbaycan Ermənistan sərhədində baş verən son təxribatlarda Qərbin maraqlı olması ehtimallarını daha da gücləndirir-Ceyhun Məmmədov
Tarix: 17-09-2022 23:38 | Bölmə: Siyasət



    "Ermənistanda revanşist meyllərin artmasının, bu ölkənin özünü bu qədər aqressiv aparmasının əsas səbəblərindən biri bir sıra Qərb dövlətlətlərinin ona dəstəyidir. Heç şübhəsiz ki, Ermənistanın törətdiyi cinayətlərə zamanında hüquqi qiymət verilsə və vaxtında sanskiyalar tətbiq edilsə idi Ermənistan bu qədər təxribat törətməzdi.
    ABŞ-ın ölmüş ATƏT-i diriltmək cəhdləri və status məsələsinin davalı gündəmdə saxlaması Ermənistanda revanşizm meyllərini daha da gücləndirir. Bu dəstək olmasa idi Ermənistan bu qədər beynəlxalq hüquqa zidd əməllər törətməzdi".

Bu fikirlər Milli Məclisin deputatı Ceyhun Məmmədova məxsusdur.
O, diqqətə çatdırır ki, heç şübhəsiz ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri və burada verəcəyi açıqlamalar Ermənistanın daxili və xarici siyasətinə, bölgədəki gərgin vəziyyətə, Azərbaycan-Ermənistan münasibətlərinə təsirsiz ötüşməyəcək.
Azərbaycan hər zaman ABŞ-la münasibətlərin inkişafında maraqlı olub. Azərbaycanın ABŞ-dan istəyi keçmiş münaqişənin həllinə birtərəfli deyil, ədalətli mövqe nümayiş etdirməkdir.
Deputat  bildirir ki, Qarabağ məsələsinə birtərəfli yanaşma, Ermənistanın ədalətsiz mövqeyinin dəstəklənməsi bölgədə gərginliyi daha da artırır.
"Ermənistana gəldikdə isə bu ölkə daxilində bir neçə gündür Rusiya əleyhinə davam edən mitinqlər son təxribatların əsas məqsədlərindən birinin Ermənistanın Rusiyanın təsirindən tamamilə çıxarmaq cəhdlərindən xəbər verir.
     ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri Azərbaycan Ermənistan sərhədində baş verən son təxribatlarda Qərbin maraqlı olması ehtimallarını daha da gücləndirir. Əsas məqsəd isə Rusiyanın bölgədən sıxışdırılıb tamamilə çıxarılmasıdır".
Deputat onu da vurğulayır ki, Ermənistan hər zaman olduğu kimi, təhlükəli oyunlara davam edir. Ancaq Ermənistan tərəfi onu da bilməlidir ki, regionun taleyi regionda həll olunur və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Ermənistanın bütün təxribatlarının qarşısı Azərbaycan tərəfindən qətiyyətlə alınacaq. Azərbaycan heç zaman torpaqlarının işğalı ilə barışmayacaq.

Sabaha-inamla.az




Baxış sayı: 230


Bölməyə aid digər xəbərlər