Bütün xəbərlər
Hərbi Prokurorluqda elmi-praktiki konfrans keçirilib
Tarix: 09-09-2022 21:43 | Bölmə: Siyasət

Hərbi Prokurorluqda elmi-praktiki konfrans keçirilib



Sentyabrın 9-da Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda “Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər və onların ağır nəticələri” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Hərbi Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yerləşməklə onun nəzdində fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyində keçirilən tədbirdə Hərbi Prokurorluğun əməkdaşları, Milli Məclisin deputatı Nizami Səfərov, Bakı Dövlət Universitetinin kafedra müdiri Əmir Əliyev, habelə şəhid ailələrinin üzvləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.
Çıxış edən hərbi prokuror Xanlar Vəliyev konfrans iştirakçılarının diqqətini müxtəlif vaxtlarda xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə, müharibə cinayətlərinə, terrorçuluq cinayətlərinə və digər cinayətlərə yönəltməklə, Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq törətdikləri cinayətlərdən, o cümlədən hərbçilərimizə və dinc əhalimizə qarşı həyata keçirdikləri misli görünməmiş qəddarlıqlardan danışaraq, bütün bunların Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda istintaq olunan cinayət işinin materiallarında toplanmış mötəbər dəlillərlə sübuta yetirildiyini bildirib.
Bundan sonra, Milli Məclisin deputatı Nizami Səfərov “Ermənilərin Azərbaycan ərazisində yerləşdirdikləri minalara və digər partlayıcı qurğulara görə beynəlxalq konvensiyalara əsasən daşıdığı məsuliyyət”, professor Əmir Əliyev “Törədilmiş müharibə cinayətlərində Ermənistanın beynəlxalq hüquqla müəyyən olunmuş məsuliyyəti”, tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova “Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlər, tarixi faktlar”, hüquq müdafiəçisi Əhməd Şahidov “Azərbaycan həqiqətlərinin beynəlxalq təşkilatlarda və dünya mediasında tanıdılması və qarşıda duran mühüm vəzifələr” və müharibə veteranı Füzuli Rzaquliyev “I və II Qarabağ müharibəsində ermənilərin törətdikləri müharibə cinayətləri” mövzularında ətraflı çıxışlar ediblər, baş ədliyyə müşaviri Emil Tağıyev isə ermənilərin törətdikləri sülh və insanlıq əleyhinə olan və digər cinayətlər üzrə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda istintaq edilən cinayət işləri barədə ümumi məlumat verib.



Baxış sayı: 228


Bölməyə aid digər xəbərlər