Bütün xəbərlər
Ceyhun Məmmədov:" ATƏT-in "ölmüş" Minsk qrupunu diriltmək cəhdləri utancvericidir "
Tarix: 07-09-2022 21:48 | Bölmə: Siyasət


"ATƏT-in "ölmüş" Minsk qrupunu diriltmək cəhdləri utancvericidir.
Son dövrlər bir sıra dövlətlərin ATƏT-in “ölmüş” Minsk qrupunu ciddi cəhdlə diriltməyə çalışdıqları müşahidə olunur. Reallıq isə ondan ibarətdir ki, 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupu Azərbaycanla Ermənistan arasında keçmiş münaqişənin həllinə heç bir töhfə verə bilmədi. Əksinə, Azərbaycanın işğalla barışmasına ciddi cəhdlər edildi, münaqişənin müharibə yolu ilə həllinin qeyri-mümkün olduğu israrla bildirildi.
Əgər Azərbaycan “ölü” dünyaya gəlmiş bu qurumun ümidinə qalsaydı hələ də torpaqlarımız işğal altında idi, bu qurumun nümayəndələri isə hələ də heç bir nəticəsi olmayan turist səfərlərinə davam edirdilər".

    Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
    Deputat bildirib ki, artıq Azərbaycan özü BMT-nin 4 qətnaməsini icra edərək torpaqlarını işğaldan azad edib. ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur. Bu barədə dəfələrlə Prezident İlham Əliyev qətiyyətli və prinsipial mövqeyini bildirib. Bunu bütün dövlətlər və beynəlxalq qurumlar nəzərə almalıdırlar.
    Deputat Minsk qrupunun yenidən fəaliyyət göstərməsi üçün canfəşanlıq edən dövlətləri qınayıb:

"Bəzi dövlətlərin ATƏT-in “ölmüş” Minsk qrupunu yenidən diriltmək cəhdlərinə gəldikdə isə bu ayıb və utancvericidir. İndi bu qurumun “dirildilməsi” üçün ciddi cəhdlər edən dövlətlər nə üçün o zaman keçmiş münaqişənin həllində bu qədər canfəşanlıq etmirdilər? Yoxsa münaqişənin həlli, bölgəyə sülhün gəlməsi onların maraqları ilə uzlaşmır?"
    Deputat qeyd edib ki, Azərbaycan ən qısa müddətdə bölgəyə sülhün gəlməsində və yekun sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Azərbaycan bu istiqamətdə səylə çalışır və ölkəmizi bu yoldan heç kim döndərə bilməz. Bölgəyə sülhün gəlməsində səmimi və maraqlı olan dövlətlər də əslində bu mövqedə olmalı idilər. Ancaq əksini görürük.
    Deputat onu da vurğulayıb ki, Azərbaycanın yekun mövqeyi isə bundan ibarətdir. Keçmiş münaqişənin həllinə heç bir töhfə verməyənlər indiki həssas məqamda heç olmasa bölgəyə sülhün gəlməsinə mane olmasınlar.

Sabaha-inamla.az




Baxış sayı: 270


Bölməyə aid digər xəbərlər