21:59 / 05-11-2026
Müəllim məktəbli qıza təcavüz etməkdə ittiham edildikdən sonra intihar edib
21:55 / 05-11-2026
Rusiya və İran Rəşt və Astara arasında dəmir yolu tikintisi barədə razılığa gəliblər
21:51 / 05-11-2026
Slovakiya Prezidenti bildirib ki, Ukraynadakı münaqişə Avropanı yorur
21:47 / 05-11-2026
Viktor But Demokratların ABŞ ara seçkilərində niyə qalib gəldiyini izah etdi
21:42 / 05-11-2026
Rus qadını və qızını öldürən amerikalı ömürlük həbs cəzası alıb
21:38 / 05-11-2026
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
21:35 / 05-11-2026
Rusiyalı fiqurlu konkisürən Qorbaçova Yaponiyada keçiriləcək Qran Pri mərhələsinə dəvət olunub
21:31 / 05-11-2026
İran Təhlükəsizlik Şurasının katibi Rezai İran lideri Xameneidən Putinə mesaj çatdırdı
21:28 / 05-11-2026
Qara dənizin sahillərində nadir xallı delfin yenidən müşahidə edilib
18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
Ruben Vardanyan: kriminal işbaz, yoxsa layihə?
Tarix: 04-09-2022 12:20 | Bölmə: Siyasət
Erməni əsilli Rusiya vətəndaşı, milyarder Ruben Vardanyan “sülhməramlıların” müvəqqəti nəzarətində olan Qarabağ ərazilərinə köçüb. Sosial şəbəkələr üzərindən paylaşımında qeyd edib ki, “bu qərarı müstəqil şəkildə qəbul edib”, “imkansızlıq içində boğulan xalqının yanında olmaq istəyib”. Sözlərindən belə çıxır ki, əlində olan vəsaiti Qarabağda yaşayan soydaşlarının sosial-iqtisadi durumlarının yaxşılaşdırılması üçün xərcləyəcək. Məqsədlərini reallaşdırmaq üçün “Artsax Təhlükəsizlik və İnkişaf Fondu” da yaradıb.
Yalan, riyakar açıqlamadır. Ruben Vardanyanın Qarabağa gəlişinin rəsmən elan etdiyi səbəblərlə bağlılığı çox azdır. Ötən illərdəki fəaliyyəti göstərir ki, onun sərmayəsi qanunsuz dövriyyələrdən formalaşıb. “Çirkli pulların yuyulması”nda, qanunsuz silah alverində və narkotik alverində iştirak edib. İndiki addımları isə onun maxinasiyalarının yeni dövrə uyğunlaşdırılmış davamıdır. OCCRP ( Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi) 2019 cu ilin mart ayında açıqladığı hesabatında Rusiyada yaşayan erməni əsilli oliqarxların fəaliyyətinə də toxunub. Onların Ermənistandakı oliqarxlarla müştərək şəbəkələrindən bəhs edib. Qeyd edilib ki, bu şəbəkə Rusiyada “çirkli pulların yuyulması”nda rol alıb. Özlərinə məxsus investisiya bankı vasitəsi ilə ölkədən 9 milyard dollarlıq vəsaitin çıxarılmasını təşkil ediblər. Hesabatda şərti olaraq “Troyka pulyuyan maşını” kimi təqdim edilən bu sxem korrupsiyaya bulaşmış Rusiya oliqarxlarının, siyasətçilərinin çirkli pullarının yuyulması, vergidən yayınması, mülklərinin xaricdə gizlədilməsi kimi fəaliyyətlərdə ittiham edilir. 53 yaşlı oliqarx milyarder, “Troyka Dialoq” investisiya şirkətinin keçmiş sahibi olan Ruben Vardanyan isə bu şəbəkənin açar fiqurlarından biri kimi təqdim edilib. Əlavə edilir ki, “şəbəkə” Rusiyanın hakim elitası ilə sıx əlaqəlidir.
.jpg)
Məsələ ondadır ki, çirkli pulların yuyulması, narkotik dövriyyəsi və qanunsuz silah alveri ilə məşğul olan bu quldur öz fəaliyyətinin bir qismini vaxtilə işğal altında olmuş Azərbaycan torpalarında gerçəkləşdirib. Qarabağın təbii resurslarının talanıb daşınmasında rol alıb. Qarabağdakı talanları isə təkbaşına gerçəkləşdirməyib. Bu işdə ortağı olan, əslən Livanlı, paralel şəkildə Kanada , ABŞ vətəndaşılığı daşıyan milyader erməni Nubar Afoyanla müştərək hərəkət edib. Yaxın Şərq regionunda qanunsuz silah alverçisi kimi tanınan bu cütlük həm də işğal altında olan Azərbaycan torpaqlarının qeyri-qanunu məskunlaşdırılmasında aktiv iştirak ediblər ( https://yeganahajiyeva.com/2020/09/25/erm%C9%99nil%C9%99rin-rusiya-maliyy%C9%99si-hesabina-dagliq-qarabagda-apardigi-qanunsuz-m%C9%99skunlasma-siyas%C9%99ti/ ) . Suriya və Livandan erməni ailələrinin köçürülüb Qarabağda yerləşdirilməsi prosesinə potranajlıq ediblər. Ruben Vardanyan Qarabağda “ekoloji kənd salınması” layihəsini icra edib. Humanitar fondlar adı altında formalaşdırdığı təsisatlar Dağlıq Qarabağ, Livan və Suriyada erməni kəndlərinin salınmasına, kilsə və məktəblərinin tikilməsinə, erməni abidələrinin restavrasiya olunmasına vəsait ayırıb. O, mesenat kimi məşhurlaşıb. Nubar Afoyan və Ruben Vardanyanın həmtəsisçi olduqları “Avrora Humanitar Təşəbbüsü” qrupu beynəlxalq donor təşkilatların maliyyə yardımından faydalanaraq, Livan ermənilərinin Qarabağa köçürülməsi üçün əlavə maliyyə qaynaqları təşkil ediblər. “Avrora Humanitar Təşəbbüsü” rəsmiyyədə humanitar təşkilat kimi təqdim olunasa da, daha çox erməni yalanları və qondarma erməni soyqırımının tanınması üçün fəaliyyət göstərib. Türkiyəyə qarşı sanksiyaların tətbiq olunması mövzularının təbliğatçısı kimi tanınıb. Bu baxımdan soydaşları arasında özü üçün müsbət imic formalaşdırıb. Ruben “Rusiyalı biznesmen olsa da, daha çox erməni milləti və onun gələcəyi üçün xidmət göstərən şəxs” kimi tanınıb.
Əsl gerçəklik isə budur ki, Ruben özünün qanunsuz bizneslərini mesenatlıq adı altında pərdələyib. “Azadlıq Radiosu” OCCPR-ə istinadən hazırladığı "Troyka Camaşırxanası: Ruben Vardanyan yeni simada” başlıqlı məqalədə qeyd edir ki, rusiyalı milyarder əslində xeyriyyəçilik adından sui-istifadə edib: “O, milyonlarla vəsaiti məktəblərə, mədəniyyət müəssisələrinə yardım etmək adı altında leqallaşdırıb və mənimsəyib ”( https://www.rferl.org/a/troika-laundromat-accusations-cast-millionaire-vardanyan-in-new-light/29803011.html ). Ruben məxvi biznesini, qanunsuz vəsaitlərini realizə etmək üçün “Qarabağ layihəsin”dən də faydalanıb. Bölgəyə bugünkü transferi də həmin proqramın davamıdır.
Rusiya Ruben Vardanyanı niyə Maltaya deyil, Qarabağa transfer edib?
Rusiya –Ukrayna müharibəsi fonunda rusiyalı oliqarxlar üçün ciddi problemlər yaranıb. Qərb mərkəzləri müdafiə və enerji sənayesinə, beynəlxalq nəqliyyat marşrutlarına aidiyyatı olan Rusiya şirkətlərinə və oliqarxlara qarşı sanksiyalar tətbiq ediblər. Ukrayna tərəfi Qərbdən aldığı dəstək fonunda Rusiya oliqarxlarına qarşı Qərbin sanksiyalarının tətbiqini stimullaşdırıb. Sanksiyaya məruz qalan şirkət və şəxslərin sayı getdikcə artır. Məsələn, “Forbes” yazır ki, Avropa İttifaqının sayca altıncı olan sanksiyalar paketinə 80-dən artıq rus “oliqarxı”nın adı təqdim edilib ( https://www.forbes.ru/biznes/467381-makron-anonsiroval-sankcii-protiv-80-rossijskih-oligarhov ). Bu, yalnız bir paketdə əhatə olunan oliqarxların sayıdır. Digər paketlər sanksiyaya məruz qalan oliqarxların kəmiyyətini daha da artırır. Onu da vurğulayaq ki, müharibənin başlanmasından bu günə qədər 10-dan artıq Rusiyalı oliqarx müəmmalı şəkildə dünyasını dəyişib. Bir sözlə, Ukrayna müharibəsi Rusiyalı oliqarxlar üçün bir növ fəlakətə çevrilib. Məlumatlarda qeyd edilir ki, Kiyevdə olan yaxın adamları Rubenə Qərbin sanksiyalarına düşəcəyi təhlükəsi barədə xəbərdarlıq ediblər.
Ruben Vardanyanın Qarabağa köçməsi, Rusiya vətəndaşlığından imtina etməsi də belə sanksiyalardan yayınmaq cəhdi kimi təqdim edilir. Amma o, sosial şəbəkələrdəki çıxışlarında dediklərinin əksinə olaraq, bu qərarı təkbaşına verməyib. Təhlilçilər Rubenin Qarabağa transferini Rusiyanın layihəsi kimi dəyərləndirirlər. Bildirilir ki, o, Qarabağda təkcə öz canını, varidatını qorumayacaq. Həm də Rusiyada əməkdaşlıq etdiyi oliqarxlar şəbəkəsinin pullarını xilas etmək üçün ezam bu bölgəyə edilib. Qarabağda xeyriyyəçilik adı altında yenidən qanunsuz vəsaitlərini realizə etməyi planlaşdırır.
Amma istənilən halda, səbəb nə olursa-olsun, Rusiyanın sülhməramlı missiya yerinə yetirdiyi bir məkanı özünün oyunlarına alət etməsi narahatlıq və narazılıq doğurur. Məsələ ondadır ki, Ruben Vardanyan əvvəllər işğal altında olmuş Azərbaycan torpaqları ilə yanaşı, Maltada da qanunsuz biznes şəbəkəsinə sahib olub. Maltadakı biznesi hələ də mövcuddur və imkanları daha genişdir. Məşhur “The Shift” nəşri 2021-ci ildə “Maltada vətəndaşlıq almış şəxslərin son siyahısın” barədə məqalə yayıb. Rusiyada söz shibi olan 5 nəfərin də adını məqalədə qeyd edib.
.jpg)
Nəşr yazır ki, onlar məşhur biznes adamları olmaqla yanaşı, həm də adları korrupsiya və qanunsuz dövriyyələrdə hallanan oliqarxlardlrlar. Xüsusilə hakim komandaya məxsus şəxslərin çirkli pullarının yuyulmasında iştirak etdikləri bildirilir. Bu sırada Rubenin adı ilk yerlərdə dayanır.
Maraq doğuran məqamlardan biri odur ki, Rusiya Rubeni nə üçün geniş imkanlara malik olduğu Maltaya deyil, məhz Qarabağa yönləndirir? Əgər niyyət Ruben Vardanyanı sanksiyalardan qorumaq, toxunulmaz saxlamaqdırsa, bunu maltada etmək daha rahat olardı. Belə nəticə çıxır ki, çoxbaşlı plan hazırlanıb və icra edilir. Rubenin Qərb mərkəzləri ilə ikibaşlı münasibətləri bu ehtimalları daha da artırır.
Qərb Ruben vardanyan şəbəkəsinə niyə göz yumur?
Sənədlər göstərir ki, Rusiyanın əksər milyarderlərinə qarşı Qərb tərəfindən sanksiyalar tətbiq olunub. Yerdə qalanlar haqqında da ciddi araşdırmalar gedir. ABŞ Ədliyyə Nazirliyi bu sahədə əlahiddə iş başlayıb, Qərbin sanksiyalarından yayınmağa cəhd edən “rus oliqarxlarının” adlarını araşdırır. “Forbes” yazır ki, ABŞ prokurorları "Rusiya oliqarxlarının" Qərb sanksiyalarından yan keçməyə çalışdıqlarına dair sübutlar tapıblar ( https://www.forbes.ru/milliardery/461203-v-minuste-ssa-zaavili-o-popytkah-rossijskih-oligarhov-izbezat-zapadnyh-sankcij ).
Rusiyaya qarşı tətbiq edilən sanksiyaların monitorinqini aparan “Trap Aggressor” analitik qrupu isə məlumat yayıb ki, ən məşhur 10 nəfər rus oliqarxının yarısı hələ də sanksiyalar altında deyil (https://www.epravda.com.ua/rus/news/2022/08/5/690060/ ). Qrup sanksiyadan kənarda qalan milyarderlərin adlarından ibarət siyahı tərtib edib. Burada Vladimir Lisin, Vladimir Potanin, Pavel Durov, Leonid Mixelson, Andrey Melniçenko və Vahid Ələkbərovun adlarını çəkib. Amma maraqlıdır ki, araşdırmaların heç birində Ruben Vardanyanın adı keçmir. Bəs Ruben Vardanyan niyə kənarda qalıb, hansı səbəblərdən sanksiya tətbiqindən yayındırılıb? Axı o ən ağır formalı qlobal cinayətlərdə ittiham olunub, silah qaçaqmalçılığı, narkotik dövriyyəsində, çirkli pulların yuyulmasında şübhəli bilinib. Almaniya Federal Kriminal Polis İdarəsi və Frankfurt dövlət prokurorluğu bu yöndə ciddi arqumentlər aşkarlayaraq təqim ediblər. Buna rəğmən “sehirli əllər” erməni oliqarxları sanksiyalardan kənar tuta bilirlər.
Problem ondadır ki, Avropanın aparıcı təsisatlarının da mövzuya yanaşması anlaşmazdır. Avropa Şurası Parlament Assambleyasının Hüquq məsələləri və insan hüquqları Komitəsinin 2019-cu il aprelin 11-də Strasburqda keçirdiyi toplantısı bu baxımdan yaxşı nümunədir. Komitə hollandiyalı deputat Mart van de Venin məruzəsi əsasında özünün «Korrupsiya maşını: mütəşəkkil cinayətkarlığa və çirkli pulların yuyulmasına qarşı beynəlxalq təhlükələrə reaksiya» adlı sənədini qəbul edib. Çox maraqlıdır ki, həmin araşdırmaların fonunda Ruben Vardanyan və “Troyka pulyuyan maşını” barədə kifayət qədər sübutlar toplanılsa da, yekun bəyanatda öz əksini tapmayıb. Belə şübhəli yanaşmalar bu gün də davam edir, erməni əsilli oliqarxları qlobal sanksiyalardan kənar saxlayır.
“Azadlıq Radiosu” "Troyka Camaşırxanası: Ruben Vardanyan yeni simada” başlıqlı məqalədə erməni əsilli oliqarxın fəaliyyətinə aid bəzi nüanslara diqqət çəkib. Onun “ABŞ-dakı Harvard Biznes Məktəbinə qədər mükəmməl təhsil yolu keçmsinə” toxunub. Vurğulayıb ki, ABŞ-da aldığı təhsil, digər Qərb ölkələrində keçdiyi təkmilləşdirmə kursları “Vardanyana yaxşı imic qazandırıb, onun Qərbpərəst imicini formalaşdırıb”. Ruben bu imicindən faydalanaraq Qərb çevrələrində yaxşı əlaqələr qura bilib, Avropanın “mötəbər qurumlarına” yol tapıb. Bu məötəbər qurumlarla Rusiya oliqarxları arasında vasitəçilik edib.
Məntiqi nəticə çıxır ki, Ruben Vardanyan təkcə Rusiya üçün deyil, həm də Qərbə məxsus fərqli çevrələr üçün çalışır. “Qarabağa əlahiddə status almaq istəyən” qüvvələrlə bağlılğı da istisna edilmir. Onun Qarabağa gəlişi ilə Qarabağa əlahiddə status tələb edənlər arasında bağlılıq sezilir. Qarabağa əlahiddə status verib ofşor zonaya çevrmək istəyinin elementləri görünür. (Bax: şəkil-3: Ruben Vardanyan “Qarabağ separatçılarının lideri Aitunyanla birgə ).
Yeganə Hacıyeva
Müşfiq Ələsgərli
Baxış sayı: 438
Bölməyə aid digər xəbərlər

4-11-2026, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.