21:58 / 31-12-2025
Səudiyyə Ərəbistanı şahzadəsi Uitkova Dmitriyevlə danışıqlar aparmağı tövsiyə edib
21:51 / 31-12-2025
Yaponiyanın şimal-şərqində 5,7 bal gücündə zəlzələ baş verib
21:48 / 31-12-2025
Orban: "Rusiya və ABŞ 2026-cı ildə AB olmadan Ukraynadakı münaqişəni həll edə bilərlər"
21:44 / 31-12-2025
"L'Equipe": Mbappe diz zədəsi səbəbindən İspaniya Super Kubokunu buraxacaq
21:40 / 31-12-2025
Putin Lukaşenko ilə Novqorod vilayətindəki iqamətgahına edilən hücumu telefonla müzakirə ediblər
21:32 / 31-12-2025
Rusiya səfirliyi Finlandiya tərəfindən saxlanılan gəmidə olan Rusiya vətəndaşlarına kömək göstərməyə hazırdır
21:23 / 31-12-2025
Venesuela Putinin iqamətgahına edilən hücumu təhdidli terror aktı adlandırdı
18:38 / 31-12-2025
"Laskovıy may"ın prodüseri Andrey Razin beynəlxalq axtarışa verilib
18:35 / 31-12-2025
Kallas Putinin iqamətgahına hücum iddialarına inanmamağa çağırdı
18:21 / 31-12-2025
Baş verən yanğında iki nəfər xəsarət alıb
18:19 / 31-12-2025
Mironov: "Rusiyada 250.000 müəllim və 90.000 həkim çatışmazlığı var"
18:12 / 31-12-2025
Lukaşenko: "Dost olmayan ölkələr Putinə qarşı terror aktı planlaşdıra bilər"
18:09 / 31-12-2025
Saratov Hava Limanı müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edib
18:06 / 31-12-2025
NYT: Tramp Putini valeh etmək qabiliyyətini həddindən artıq qiymətləndirdiyini etiraf etdi
18:02 / 31-12-2025
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Kiyevin Putinin iqamətgahına hücum cəhdi ilə bağlı şərh verməkdən imtina etdi
17:59 / 31-12-2025
"Reuters": Finlandiya körfəzində "Elisa " telekommunikasiya kabeli zədələnib
17:55 / 31-12-2025
Dağıstanda 200-dən çox yaşayış məntəqəsi elektriksiz qalıb
17:53 / 31-12-2025
"Israel Hayom": ABŞ və İsrail HƏMAS-ın tərksilah edilməsi üçün iki aylıq müddət təyin ediblər
00:14 / 31-12-2025
Vüqar Rəhimzadə: "Həmrəylik Günü xalqımızın birliyini, soydaşlarımızın həmrəyliyini əks etdirir"
23:22 / 30-12-2025
İsmayıl Vəliyev azadlığa buraxıldı
23:09 / 30-12-2025
Zelenski iddia edir ki, ABŞ qoşunlarının Ukraynada yerləşdirilməsi məsələsini Trampla müzakirə edib
23:02 / 30-12-2025
SDU-nun rektor əvəzi professorluqdan məhrum edildi
23:01 / 30-12-2025
Zelenski ABŞ-a səfər etdikdən sonra xəstələndi
19:36 / 30-12-2025
500 milyon rubldan çox pul oğurlayan iş adamlarına hökm oxunub
19:34 / 30-12-2025
Sobyanin: "Hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan pilotsuz təyyarəni vurub"
19:10 / 30-12-2025
Partlayışdan sonra böyük yanğın baş verib
19:08 / 30-12-2025
Pezeşkyan Ukrayna Silahlı Qüvvələrinin Putinin iqamətgahına dron hücumunu pislədi
19:05 / 30-12-2025
Məktəbdə terror aktı planlaşdırmaqda şübhəli bilinən şəxs həbs edilib
19:03 / 30-12-2025
Fərdi evdə baş verən yanğında iki böyük və bir uşaq ölüb
19:00 / 30-12-2025
Tusk: "Ukraynada sülh yolu ilə həll yolu çox yaxındır"
18:58 / 30-12-2025
Pilot Barkov: "Bütün "QMi-34M1" sistemləri sınaq zamanı əla işlədi"
18:55 / 30-12-2025
Politoloq Bujinski: "Prezident iqamətgahına hücumun iki məqsədi var idi"
18:52 / 30-12-2025
Gürcüstan doğum yerlərinə görə rusların girişinə qadağa qoymağa başlayıb
00:38 / 30-12-2025
Ukrayna Silahlı Qüvvələrinin nəqliyyat vasitələrinə hücumları nəticəsində beş nəfər yaralanıb
00:34 / 30-12-2025
Məktəbə hücum zamanı uşaqları xilas edən müəllimə medal verilib
00:30 / 30-12-2025
Putin şahmatçı Qoryaçkinanı Dünya Çempionatında qələbəsi münasibətilə təbrik etdi
Şanlı zəfər tariximiz-Mehriban SULTAN
Tarix: 31-08-2022 19:50 | Bölmə: Siyasət
Hərbi Qənimətlər Parkından reportaj
Tarixboyu düşməni, bədxahı dostundan çox olan türk xalqları taleyini yazmaq, var olmaq məramı qarşılığında dəhşətli cənglərə, qanlı hərblərə təhrik edilib. Bəlkə də elə həyatı döyüş meydanında keçdiyindəndir ki, mətinləşib, ərənləşib, bütünləşib, adı zəfərlə qoşalaşıb. Türkün zəfər tarixi Bilgə xaqandan Şah İsmayıl Xətaiyə, Məhəmməd Cahan Pəhləvandan Atatürkə qədər zəngin, böyük bir dövrü canlandırır göz önündə. Bu tarix hər gedişində türkün əzəmət və qüdrətini qızıl səhifələrə yenidən həkk edib. Azərbaycan isə 44 günlük Vətən Müharibəsində 30 illik işğal tarixinə birdəfəlik son qoymaqla, Tanrı haqqı torpaqlarına sahib çıxmaqla XXI əsrdə türkün yeni Zəfər dastanını yazdı. Dünya təcrübəsində olduğu kimi, dövlətimiz müharibədən sonrakı dövrdə bu qəhrəmanlıq dastanını, şanlı zəfəri əbədiləşdirmək, tarixiləşdirməklə düşmən üzərində təkcə hərbi deyil, siyasi, mənəvi-psixoloji qələbəsini də bütün gerçəklikləri ilə dünyaya bəyan etdi. Azərbaycanın şanlı zəfər tarixini yaşadan bir öyünc, and yeri də var: ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış, Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qisminin, ümumilikdə, 300-dən çox eksponatın, o cümlədən 150-dək ağır texnikanın sərgiləndiyi Hərbi Qənimətlər Parkı…
“Qarabağ Azərbaycandır!”
Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalarından birinin – “Qarabağ Azərbaycandır!” tarixi gerçəkliyinin nizamla sıraladığı, Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhənin qarşısındayıq. Bu löhvə özü Azərbaycan həqiqətlərini dərk etmək, Azərbaycan-erməni siyasi ideologiyasını, milli mənəviyyatını müqayisə üçün yetərli faktdır. Vaxtilə – Birinci Qarabağ müharibəsindən sonra ermənilər öz dədə-baba torpaqlarından didərgin salınan azərbaycanlıların şəxsi maşınlarının nömrələrini götürüb işğal edilmiş torpaqlarda dünyaya nümayiş etdirib öyünürdülər. Bu nömrələr özündən müştəbeh, qaniçən bir millətin – ermənilərin etnik təmizləmə siyasətinin təzahürü – dinc əhalinin, mülki vətəndaşların minik maşınlarının nömrələri idisə, Azərbaycan döyüş meydanında cəsarətlə vuruşaraq, düşməndən intiqamını alaraq qənimət götürdüyü, ədalətsiz müharibədə düşmənin bizə qarşı istifadə etdiyi hərbi yük maşınlarının nömrələrini sərgiləyir.
İnfoqrafika vasitəsilə 44 günlük Vətən müharibəsinin gedişi haqqında xronoloji ardıcıllıqla məlumat almaq mümkündür. Ali Baş Komandanın şəxsən özünün müjdələdiyi hər bir qələbə xəbərini cəbhədə, iş başında, sükan arxasında, evdə – hər kəsin hansı çılğınlıqla, sevinc göz yaşları ilə qarşıladığını təkrar xatırlayırsan. Ermənilərin Gəncədə, Bərdədə, Tərtərdə dinc sakinlərə qarşı törətdikləri hərbi cinayətlər haqqında məlumatlar milliyyətindən, irqindən asılı olmayaraq hər bir insanda nifrət, qəzəb hissi oyadır. Bu tarixi xronologiya ilə tanış olduqca, Vətən müharibəsindən sonra dünyada baş verən siyasi-hərbi prosesləri bir daha müqayisə etməklə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin nəyi, nə vaxt, harada və necə etmək lazım olduğunu zərgər dəqiqliyi ilə bildiyinə, siyasi fəlsəfəsinin böyüklüyünə bir daha əmin olursan. Geriçəkilmələr, məğlubiyyət olmadan, yüksələn trayektoriya, minimum itki ilə ildırımsürətli möhtəşəm Qələbə! Bu müharibənin müasir dünya hərb sənətində bu gün də maraqla öyrənilməsinin, hərbi dərsliklərə salınmasının səbəbi də, heç şübhəsiz ki, budur.

Döyüş meydanında məğlubedilməzlik mifi darmadağın edilən düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş, o cümlədən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirmiş, dinc sakinləri qətlə yetirmişdi. Mülki obyektlərə qarşı işlədilməsi qadağan olunmuş, Şuşanı atəşə tutduqları orta mənzilli “İsgəndər M” və “Smerç” raketləri, nüvə başlığı da daşıya bilən “Toçka-U” raketləri, Ermənistanın bəşər tarixinə qara ləkə sayılacaq hərbi cinayətlərinin əyani sübutudur. Bunlar bir daha sübut edir ki, Azərbaycan alman faşizmindən də qəddar olan erməni vandalizminin qarşısını almaqla dünyada sülhün, ədalətin bərqərar olmasına xidmət etmiş, terrorizm, bəşəri cinayətlər əleyhinə mübarizə aparmaqla əsl sülhsevər siyasət yürütmüşdür. Azərbaycan bu müharibədə hərbi-siyasi strategiyası ilə kiminsə torpağına göz dikən, işğalçı bir ölkə deyil, ərazi bütövlüyünü qoruyan bir dövlət olduğunu bir daha təsdiqləmişdir.
İblisə satılmış millət və ya lənət damğası
Bu parkda ağır T-72 tankları, “Kub” zenit-raket kompleksləri, “Qvozdika” özüyeriyən artilleriya qurğuları, avtomatik zenit topları, “Şilka” özüyeriyən zenit qurğuları, “Şturm-S”, “Kornet-EM” və “İqla-S” özüyeriyən tank əleyhinə raket kompleksləri, müxtəlif kateqoriyalı zenit, “Qiansit-B”, haubitsa topları və minaatanlar, “Qrad” yaylım atəşi kompleksləri, hava hücumundan müdafiə sistemləri, piyadaların döyüş maşınları, yüksək keçid qabiliyyətinə malik hərbi avtomobillər, minalar və digər silahlar sərgilənir. Bu silahlara baxdıqca düşünürəm ki, bir vaxt Bakıya gəlmək iddiasında olan, dünən qan ocağı kimi ölüm saçan, bu günsə Zəfər paradındakı lənət keçidindən “əriyərək”, “sürünə-sürünə” özünü Hərbi Qənimətlər Parkına “ölü salan” bu texnikalar burada nə qədər də rəzilləşmiş, aciz, miskin, cılız görsənir. Milli şüurun gözü ilə baxdıqda onların üzərində 3 min şəhidimin qan izləri aydın görünür. Bir vaxt bu parkda “çarmıxa çəkilmiş”, Bakı küləyinin boş qab kimi danqıldatdığı düşmənin başsız dəbilqələrini xatırlayıram. Sahibsiz qalan, sahibini itirmiş yox, məhz başsız dəbilqələri. On min fərarisi olan, döyüş bayrağına, əsgər dəbilqəsinə belə sahib çıxa bilməyən başsız millətin “hərbi qüdrəti” beləcə, gələcək nəsillərə də sərgilənməlidir. Bu yaxınlarda erməni politoloq Stepan Danielyan “Facebook” səhifəsində həqiqəti belə etiraf etmişdi: “… artıq bizim ordumuz, ləyaqətimiz, özünümüdafiə instinktimiz yoxdur və bizi heç nə birləşdirmir”. İblisə satılmış bir millətin, ziyalısı, siyasətçiləri türk (azərbaycanlı) uşağının üzərində insanlığa sığmayan eksperiment aparmaqla ruhunu dirçəldən (?!) zori balayanlar, Fransada Qarabağ iddiası ilə çıxış edən aqanbekyanlar, Şuşada əyyaşlıq edib yallı gedən paşinyanlar olan bir millətin aqibəti başqa cür ola da bilməzdi. İblisin iblis xislətli bir millətin məğlubiyyətinə acı qəhqəhəsi guruldayır qulaqlarımda: “Olduqca müsəllət sana, bil, nəfsi-ləimin, pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın, daim ayaq altında sönüb məhv olacaqsın”.
Lənət damğasından dəmir də olsa, sanki göz qarşısındaca əriyən bu texnikaları seyr edərkən azca aralıda yaşından tez yaşlandığı hiss olunan, bənizi vaxtından tez solmuş nənə ilə əl-ələ yapışıb parkı seyr edən 5-6 yaşlı balaca oğlan uşağının məhv edilmiş zirehli texnikaya işarə ilə: “Nənə, bunları mənim atam vurub? Ona görə atama qəhrəman deyirlər?” – səsini eşitdik. Nənə balacanın çiynini qucaqlayıb: “Hə, mənim balam, atan vurub. Bir də, bax, o gördüyün “Dəmir yumruq!” Uşaq nənəsinə və onun göstərdiyi stendə baxa-baxa, bir neçə addım geriyə çəkilərək sağ yumruğunu düyünləyib şəstlə yuxarı qaldırdı, “Nənə, bax!”, – deyə səsləndi. Bir körpənin ürəyi boyda olan bu bapbalaca yumruqda bir dünya güc, qətiyyət var idi…
“Bütün keçilməzliyi, Vətən, adınla keçdim”...
Parkın ərazisindəki qarşı tərəfdə 10 elementdən ibarət mühəndis maneələr sistemini sərgiləyən möhkəmləndirilmiş müdafiə mövqeyinə yaxınlaşırıq. Tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər və metal kirpilər, piyada əleyhinə mina sahəsi və sair… Bunlar özü sübut edir ki, düşmən, əslində, onilliklərboyu dünyaya sırıdığı ağ yalana özü belə inanmayıb, tarixi həqiqətin gec-tez qalib gələcəyindən, bu torpaqların əsl sahiblərinin tarixi ədaləti bərpa edəcəyindən qorxub. Belə olmasa idi, inkişaf, rifah naminə xərclənə biləcək milyonlar hesabına arxasında qorunmaq, gizlənmək üçün istehkam yaratmazdı. Lakin düşmən bir həqiqəti unudurdu ki, əsl Vətən sevgisi heç bir sədd, sərhəd tanımır. Azərbaycan xalqı “Dəmir yumruğ”a dönüb bu tarixi qələbəni hərb meydanında qazanmaq üçün ən ağır sınaqlardan, maneələrdən keçib: siyasi anarxiya və xaosdan, vətəndaş qarşıdurmasından, beynəlxalq antiazərbaycan təzyiqlərindən, xarici havadarlarının inqilab havası ilə oynayan daxili seperatçıları ram edərək dövlət-xalq-ordu birliyinə nail olmaqdan, beynəlxalq arenada siyasi, iqtisadi, hərbi özünütəsdiqdən, informasiya müharibəsindən… Düşmənin 30 il ərzində qurduğu, milyonlarla dollar vəsait sərf etdiyi, “keçilməz”, “nəhəng” istehkamları şanlı Azərbaycan əsgəri qısa müddətdə darmadağın edib, böyük vətənpərvər şair Məmməd Arazın təbirincə desək, bütün keçilməzliyi Vətən adı ilə keçib.
Döyüş şöhrətli Naxçıvanım…
Parkda bu maneələrdən sonra düşmən səngərlərinin maketi ilə qarşılaşırıq. Beton dirəklər, maşın şinləri ilə möhkəmləndirilmiş torpaqda qazılan istehkamları gəzərkən insan özünü biranlıq düşmən səngərində hiss edir. Bu gün düşmənin namərdcəsinə, acizliklə qoyub qaçdığı bu sahibsiz səngərlərdən bir naxçıvanlı kimi diyarımın da vaxtilə mərmi, güllə yağışına az tutulmadığını xatırlayıram. Ötən əsrin 90-cı illərinin əvvəllərində düşmənin əsas iştah dişinin – Naxçıvanı işğal etmək arzusunun alınmaz qalam, ərlik-ərənlik rəmzim Sədərəkdə necə qırıldığını xatırlayıram. Mənfur düşmən ümummilli lider Heydər Əliyevi bütün vəzifələrdən, o cümlədən Siyasi Büronun üzvü vəzifəsindən uzaqlaşdırmağa nail olmaqla Qarabağ münaqişəsini alovlandırdığı kimi, Naxçıvanı da muxtariyyət statusunun ləğv edilməsi yolu ilə işğal etməyə can atırdı. Elim-yurdum yarıac, yarıtox olsa da, düşmənin törətdiyi zülmətə məhkum edilsə də, ovaxtkı hakimiyyətdən nə qədər üzüdönüklük görsə də, sarsılmadı, sınmadı, əyilmədi, düşməni irəli buraxmadı. Yerli əhali haqq yolunda məşəl olacaq ulu öndər Heydər Əliyevin ətrafında birləşdi, Naxçıvanın digər bölgələrindən insanlar Sədərəyi müdafiə üçün axın-axın gəldi, ümummilli liderimiz Heydər Əliyev tərəfindən müstəqil ordu quruculuğunun təməli qoyuldu, görkəmli dövlət xadimi Naxçıvanın muxtar diyar kimi Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu beynəlxalq müqavilələr kontekstində dünyaya isbatladı. Şərəfli mübarizə tariximiz olan elə o illərdə düyünlənməyə başlamışdı “Dəmir yumruğ”umuz! Prezident cənab İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı zamanı tarixi çıxışında o illəri belə xatırlayıb: “Heydər Əliyev imkan vermədi ki, ermənilər blokada şəraitində olan Naxçıvanı işğal altına salsınlar, halbuki dəfələrlə belə cəhdlər olub. Orada sərhəddə gedən şiddətli döyüşlərdə bizim hərbçilərimiz və mülki vətəndaşlar sinəsini qabağa verərək öz torpaqlarını müdafiə ediblər, məhz Heydər Əliyev amili hesabına”. O illərdən söhbət açarkən məzmun və ideya etibarilə Hərbi Qənimətlər Parkının sələfi sayıla biləcək Naxçıvan şəhərindəki Döyüş Şöhrəti Muzeyindən də danışmaq yerinə düşər.

Gənclərin milli-mənəvi tərbiyəsinə, hərbi-vətənpərvərlik ruhunda yetişməsinə xüsusi diqqət göstərilən diyarımızda bu işdə muzeylərin təqdimat və təbliğat funksiyalarından geniş istifadə olunur. 2018-ci ildə – Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə daha bir muzey – Döyüş Şöhrəti Muzeyi istifadəyə verilib. Açıq Səma Altındakı Muzeydə ötən əsrin sonlarında blokadaya salınmış muxtar respublikanın ərazi bütövlüyünün qorunub saxlanılmasında, erməni qəsbkarlarına qarşı müdafiə zamanı istifadə olunmuş onlarla hərbi texnika və qurğular sərgilənir. Gənc pilotların hazırlanmasında istifadə olunan 2 təlim təyyarəsi, Birinci Qarabağ müharibəsində şərəfli döyüş yolu keçən döyüş-nəqliyyat vertolyotu və digərləri. Ölkəmizdə artıq muzeylərdə sərgilənən, eksponatlaşan bu texnikalarla bu gün Hərbi Qənimətlər Parkında nümayiş olunan, düşmənin Vətən müharibəsi zamanı istifadə etdiyi hərbi silah-sursatı müqayisə etdikdə milli ordumuzun silahlanma baxımından da necə bir tarixi inkişaf yolu keçdiyini bir daha aydın görərik. Ən əsası isə orduda yaranan qətiyyət və iradənin, ruh yüksəkliyinin nəticəsi idi ki, Aprel döyüşləri və Günnüt zəfəri ilə daha böyük qələbəyə, möhtəşəm zəfərə zəmin yarandı. Muxtar respublikada aparılan uğurlu gənclər siyasətinin, hərbi-vətənpərvərlik ruhunda tərbiyənin düzgün təşkilinin nəticəsi idi ki, ölkə başçısının da vurğuladığı kimi, naxçıvanlılar Vətən müharibəsində qeyri-adi qəhrəmanlıq, mərdlik və şücaət göstərdi. Bu, döyüş şöhrətindən şanlı qələbəyə doğru uzanan, möhtəşəm qələbə ilə tamamlanan zəfər yolu idi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun da dediyi kimi: “Şanlı tariximizə çevrilən Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini, yenilməzliyini və birliyini bir daha dünyaya nümayiş etdirdi”.

Türkün yeni zəfər dastanı
Düşmənin hərbi qənimət kimi əldə etdiyimiz silah-sursatlarından tutmuş boş mərmi gilizlərindən hazırlanmış işıq dirəklərinə, mərmi yeşiklərindən düzəldilmiş skamyalara, tank mərmisinin barıtatıcılarının futlyarından hazırlanmış zibil qablarına qədər xalqının şərəf və qürur tarixindən bəhs edən Hərbi Qənimətlər Parkı… Bu park bir xalqın qalibiyyət təntənəsi, onun qəhrəmanlıq şərəfinə yaradılan memorialıdır, rəşadətli, qalib ordusuna təşəkkür borcudur, şəhidlərimizə ehtiram abidəsidir! Şəhid tabutunu vüqarla, yenilmədən çiynində son mənzilə yola salan, övladının son yadigarı – üçrəngli bayrağı öpüb-qoxlayıb gözlərinə qoyan şəhid doğmalarına ən böyük təsəllidir. Onların yanan ürəklərinə səpilən bir ovuc sərin sudur. Qazilərimizin döyüşdə itirdikləri, yeri sızlayan əzalarının əvəzində hiss etdikləri güc, qüvvədir. Erməni vandalizminə, bundan sonra bəşər əleyhinə yönələcək cinayətlərə ən böyük ibrət dərsidir, görkdür Hərbi Qənimətlər Parkı. “Dəmir yumruğ”un Laçın şəhərində, Zabux və Sus kəndlərində və digər yurd yerlərimizdə şimşəktək çaxacaq nöbəti “Qisas”ı nəticəsində yeni eksponatlarla zənginləşəcək bu park! Xalqımın şərəf, ləyaqət, qəhrəmanlıq tarixi, türkün yeni zəfər dastanıdır Hərbi Qənimətlər Parkı. Çünki Ali Baş Komandan, ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi: “Bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün Türk dünyası bizim qələbəmizlə fəxr edir. Biz yeni reallıq yaratmışıq. Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır”.
Mehriban SULTAN,
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti
13-22 avqust- Naxçıvan-Bakı-Naxçıvan
Baxış sayı: 460
Bölməyə aid digər xəbərlər

Bu gün, 21:40
Putin Lukaşenko ilə Novqorod vilayətindəki iqamətgahına edilən hücumu telefonla müzakirə ediblər
Bu gün, 00:14
Vüqar Rəhimzadə: "Həmrəylik Günü xalqımızın birliyini, soydaşlarımızın həmrəyliyini əks etdirir"
Dünən, 23:09
Zelenski iddia edir ki, ABŞ qoşunlarının Ukraynada yerləşdirilməsi məsələsini Trampla müzakirə edib
29-12-2025, 18:16
Zaxarova: "Rusofobiya haqqında "Qara Kitab" Finlandiya səfirliyinə təhvil veriləcək"
29-12-2025, 10:51
Milli birliyin və ideoloji vəhdətin təcəssümü
28-12-2025, 18:54
Vüqar Rəhimzadə: “Dünya İdman Paytaxtı”nı növbəti ildə daha möhtəşəm yarışlar gözləyir
27-12-2025, 18:59
Rusiyaya köçən bir alman Almaniyadan məyus olduğunu bildirib
27-12-2025, 10:31
Prezidentin idman ictimaiyyəti ilə görüşü uzunmüddətli strategiyaların reallaşmasını sürətləndirir-Könül Nurullayeva
26-12-2025, 18:59
"Axios": Trampın Zelenski ilə qarşıdan gələn görüşü danışıqlarda irəliləyişin göstəricisidir
26-12-2025, 18:49
Zelenski Ukraynada qoşunların yerləşdirilməsi üçün atəşkəsin zəruri olduğunu etiraf etdi
26-12-2025, 18:46
Zelenski Trampla Donbas və Zaporojye Atom Elektrik Stansiyası məsələlərini müzakirə etməyi planlaşdırır
26-12-2025, 16:01
Peskov Ukraynada seçkilərin maliyyələşdirilməsi ilə bağlı suala cavab verməkdə çətinlik çəkib
26-12-2025, 15:57
Kreml Dmitriyevin ABŞ-a səfərindən sonra onun məlumatlarını təhlil edib
26-12-2025, 15:10
Kosaçev: "Rusiya parlamentariləri yapon həmkarları ilə dialoqu bərpa etməyə hazırdırlar"
26-12-2025, 13:00
Zelenski Yeni ildən əvvəl Trampla görüşmək niyyətini təsdiqlədi
25-12-2025, 17:23
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
25-12-2025, 17:10
Rusiya Xarici İşlər Nazirliyi rusiyalıları Almaniyaya səyahət etməkdən çəkinməyə çağırır
23-12-2025, 23:23
Putin Buşa Ukraynanın NATO-ya qoşulacağı təqdirdə onun bölünməsi barədə xəbərdarlıq etmişdi
23-12-2025, 20:24
Medvedev Pistorius və Stubbun sülhməramlı açıqlamalarından təəccübləndi
23-12-2025, 19:13
Trampla telefon danışığında Tokayev Ukraynadakı münaqişə tərəflərini çevikliyə çağırdı
23-12-2025, 19:08
Qazaxıstan Prezidenti Tokayev Trampla uzun telefon danışığı apardı
23-12-2025, 14:23
Pentaqonun keçmiş rəsmisi Brayan: "Kiyevin ərazi məsələlərində mövqeyi Rusiya ilə ABŞ-ı daha da yaxınlaşdıracaq"
23-12-2025, 13:58
Lavrov UNESCO İcraiyyə Şurasının Rusiya əleyhinə qərarını ikili standart adlandırdı
22-12-2025, 20:37
Rusiya və Venesuela xarici işlər nazirləri ABŞ-ın Karib dənizindəki hərəkətlərindən narahat olduqlarını bildiriblər
22-12-2025, 19:48
Paşinyan ABŞ ilə "Tramp Marşrutu" ilə bağlı konstruktiv danışıqlar apardığını açıqladı
22-12-2025, 18:10
Putin: "Rusiya və Qazaxıstan arasında mübahisəli məsələ yoxdur"
22-12-2025, 18:03
Putin və Piotrovski Paşinyana Aleksandr Sütununun xüsusiyyətləri barədə məlumat veriblər
22-12-2025, 18:00
Putin və Tokayev Sankt-Peterburqda ikitərəfli görüş keçiriblər
21-12-2025, 23:24
Zelenski Bir neçə Regional Administrasiya rəhbərinin işdən çıxarıldığını elan etdi
21-12-2025, 20:32
Peskov: "Rusiya və ABŞ arasındakı münasibətlər Ukraynadakı nizamlama ilə əlaqələndirilməməlidir"
21-12-2025, 19:44
Dmitriyev Vitkoff və Kuşner ilə danışıqların ikinci gününə başladı
20-12-2025, 22:51
Dmitriyev, Moskvaya ilk səfərindən əvvəl Uitkoff üçün şərt qoyulması ilə bağlı WSJ məqaləsini təkzib etdi
20-12-2025, 22:38
ERR: Estoniya məhkəməsi Kallasdan sosial media yalanlarına görə üzr istəməsini tələb edib
20-12-2025, 19:03
WSJ: Vitkoffa Putinlə ilk görüşündən əvvəl xüsusi şərt qoyulub
19-12-2025, 18:12
Zelenski səhvən Polşa Prezidenti Navrotskini "Karl" adlandırdı