Bütün xəbərlər
Küveytin xarici işlər naziri Azərbaycanın səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
Tarix: 29-08-2022 22:45 | Bölmə: Siyasət

               



Küveytin xarici işlər naziri Şeyx Əhməd Nasser Al-Muhammed Al-Sabah Azərbaycanın bu ölkədəki səfiri Elxan Qəhrəmanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
AZƏRTAC xəbər verir ki, küveytli nazir Küveyt-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, iki dost ölkənin beynəlxalq təşkilatlarda və ikitərəfli formatda uğurlu əməkdaşlıq etdiklərini vurğulayıb. O, bu əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə səfir E.Qəhrəmana təşəkkürünü bildirib.
 




Baxış sayı: 233


Bölməyə aid digər xəbərlər