22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Mehriban xanım səmərəli fəaliyyətləri ilə dünya çapında geniş nüfuz qazanmış, saysız hesabsız humanitar layihələr həyata keçirmişdir-NƏSİB MƏHƏMƏLİYEV
Tarix: 26-08-2022 16:22 | Bölmə: Siyasət



26 avqust, Azərbaycan Respublikasının 1-ci vitse-Prezidenti Mehriban Arif qızı Əliyevanı doğum günü münasibətilə ən xoş arzularla təbrik edirəm. Hörmətli Mehriban xanım UNESKO-n və İSESKO-n xoşməramlı səfiri, Heydər Əliyev fondunun prezidenti olaraq, səmərəli fəaliyyətləri ilə dünya çapında geniş nüfuz qazanmış, saysız hesabsız humanitar layihələr həyata keçirmişdir. Mehriban xanımın təşəbbüsləri ilə icra olunan tarixi-mədəni irsin bərpası istiqamətində aparılan işlər, Azərbaycanla bir çox ölkələr arasında dostluq, əməkdaşlıq körpüləri qurulmuşdur. Bütün bunlar isə, ölkəmizin beynəlxalq münasibətlər sistemində dostlarının sayının artması ilə nəticələnmiş və ən yüksək səviyyədə müasir Azərbaycan qadınının obrazını formalaşdırmışdır.
Dövlət idarəetmə sistemində Müzəffər Ali Baş Komandan İlham Əliyevə verdiyi dəstək, cəmiyyətin bütün sahələrində tutduğu mövqe, ələlxüsus apardığı sosial siyasət, Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.
Bir daha təbrik edirəm!
Tanrı Sizi, ailənizi qorusun!

Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı


Baxış sayı: 185


Bölməyə aid digər xəbərlər