22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
“Ermənilər əvvəl olduğu kimi, ətrafı dağıdaraq geri çəkilirlər”
Tarix: 23-08-2022 14:28 | Bölmə: Siyasət

                    “Ermənilər əvvəl olduğu kimi, ətrafı dağıdaraq geri çəkilirlər”



“Azərbaycan qısa müddət ərzində mövcud Laçın dəhlizinə paralel yeni bir yol inşa etdi. Rusiya sülhməramlıları da bura yerləşdiriləcək. Laçın şəhəri və ətraf ərazilərdən ermənilər çıxarkən bu əraziləri ətrafı yandırıb dağıdır. Qarabağ müharibəsində olduğu kimi hər yeri dağıdaraq çıxırlar. Təəssüf ki, orada olan ermənilər, əvvəl olduğu kimi, ətrafı dağıdaraq geri çəkilirlər”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” telekanalına müsahibəsində deyib.
“Biz sülh istəyirik. Qarabağ Azərbaycanın tarixi torpağıdır. Azərbaycan bu əraziləri inkişaf etdirmək istəyir. Bu bölgədə yaşayan ermənilərə də buyurun gəlin, geri qayıdın deyir. Bütün hüquqlarınız təmin olunacaq deyir. Hərtərəfli sülh sazişi təklif etdi. Azərbaycan nə etsin? Azərbaycan başqa nə edə bilər? Tək dərdi torpaqlarını geri almaqdı. Torpaqlarını aldı. İndi də davamlı sülh istəyir. Biz də bunu deyirik”,- Çavuşoğlu qeyd edib.


Baxış sayı: 189


Bölməyə aid digər xəbərlər