Amerikalı general Azərbaycanda hərbi hissəyə baş çəkib - Foto
Tarix: 27-07-2022 14:03 | Bölmə: Siyasət

                    Amerikalı general Azərbaycanda hərbi hissəyə baş çəkib



Ölkəmizdə səfərdə olan ABŞ Quru Qoşunlarının Avropa və Afrika Komandanlığının Quru Qoşunları Milli Qvardiyası komandanının müavini general-mayor Maykl Vikmanın rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissə və Müdafiə Nazirliyinin Tibb İdarəsini ziyarət edib.
Bu barədə "Qafqazinfo"ya Müdafiə Nazirliyindən məlumat verilib.
Tərəflər arasında keçirilən görüşlərdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, eləcə də Oklohoma ştatı ilə "Ştatla Tərəfdaşlıq Proqramı"nı əhatə edən fəaliyyətlər çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.






Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər
23-07-2022, 14:57 DSX-də yeni təyinat