21:59 / 05-11-2026
Müəllim məktəbli qıza təcavüz etməkdə ittiham edildikdən sonra intihar edib
21:55 / 05-11-2026
Rusiya və İran Rəşt və Astara arasında dəmir yolu tikintisi barədə razılığa gəliblər
21:51 / 05-11-2026
Slovakiya Prezidenti bildirib ki, Ukraynadakı münaqişə Avropanı yorur
21:47 / 05-11-2026
Viktor But Demokratların ABŞ ara seçkilərində niyə qalib gəldiyini izah etdi
21:42 / 05-11-2026
Rus qadını və qızını öldürən amerikalı ömürlük həbs cəzası alıb
21:38 / 05-11-2026
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
21:35 / 05-11-2026
Rusiyalı fiqurlu konkisürən Qorbaçova Yaponiyada keçiriləcək Qran Pri mərhələsinə dəvət olunub
21:31 / 05-11-2026
İran Təhlükəsizlik Şurasının katibi Rezai İran lideri Xameneidən Putinə mesaj çatdırdı
21:28 / 05-11-2026
Qara dənizin sahillərində nadir xallı delfin yenidən müşahidə edilib
18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
Azərbaycanın ehtiyacı olan dövlətlərə göstərdiyi bu təmənnasız yardımdan sonra ölkəmizin beynəlxalq aləmdə nüfuzu xeyli artmış oldu-Kamilə Əliyeva
Tarix: 19-07-2022 18:34 | Bölmə: Siyasət

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı iqtisadi islahatlar, yeritdiyi güclü, qətiyyətli və uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycan tək regionda deyil, bütün dünyada qüdrətli bir ölkəyə çevrilmişdir. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu durmadan artmaqdadır. 2022-ci ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə Prezident cənab İlham Əliyev Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurlar haqqında çıxış etdi. Ölkəmiz üzv olduğu və tərəfdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlarda fəal bir dövlət olmaqla yanaşı, bu təşkilatlarda dünya üçün əhəmiyyətli təkliflər irəli sürür və bütün dövlətlər tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı dünyada nüfuzunu xeyli artırmışdır. Məhz cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yaradıldı və Bakıda Parlament Şəbəkəsinin toplantısı keçirildi. Bu toplantıda Qoşulmama Hərəkatının çox böyük potensialının olduğu və beynəlxalq siyasətə təsir edə biləcək bir təşkilat olması bir daha təsdiqləndi.
Humanitar sahədə də Azərbaycan bütün dünyaya örnək ola biləcək böyük işlərə imza atmaqdadır. Xüsusilə Covid -19 pandemiyası ilə əlaqədar Azərbaycan 80-dən çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Azərbaycanın ehtiyacı olan dövlətlərə göstərdiyi bu təmənnasız yardımdan sonra ölkəmizin beynəlxalq aləmdə nüfuzu xeyli artmış oldu.
Son dövrlər Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr sürətli inkişaf mərhələsinə qədəm qoymuşdu. Avropada yaranmış enerji böhranı ilə əlaqədar Azərbaycan Avropanın enerji təhlükəsizliyində əvəzolunmaz rol oynayır. Yaxın vaxtlarda Azərbaycan ilə Avropa arasında enerji təhlükəsizliyi ilə bağlı imzalanacaq saziş bu əməkdaşlığı daha yüksək səviyyəyə çatdıracaq.
Türk Dövlətləri Təşkilatının fəaliyyətinin və nüfuzunun artmasında da Azərbaycan çox faydalı işlər aparır. Türk dövlətləri ilə əlaqələri daha da inkişaf etdirmək Azərbaycan dövlətinin xarici siyasətinin ən prioritet məsələlərindən biridir. Azərbaycan qonşu dövlətlər olan Rusiya, Gürcüstan və İranla hər zaman dostluq münasibətlərinin qurulmasına böyük önəm verir.
Prezident cənab İlham Əliyevin yeritdiyi müdrik xarici siyasətin nəticəsində Azərbaycan və ABŞ arasında münasibətlər yüksək səviyyədə inkişaf etməkdədir. ABŞ Prezidentinin bu günlərdə cənab İlham Əliyevə iki dəfə məktub ünvanlanması və Azərbaycanla bağlı söylədiyi fikirlər onu deməyə əsas verir ki, ABŞ Azərbaycanı özünə dost və müttəfiq ölkə hesab edir. Müşavirədəki çıxışında cənab İlham Əliyev cari ilin altı ayı ərzində Azərbaycan - Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılmasına baxmayaraq hələki real nəticələrin olmamasını da vurğuladı. Vətən Müharibəsindən 2 ilə yaxın vaxt keçsə də Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Halbuki 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə Ermənistan məğlub ölkə olaraq öz üzərinə düşən öhdəlikləri icra etməli idi. Təəssüflər olsun ki, Ermənistan bu istiqamətdə müsbət addımlar atmaqdan uzaq görünür. 10 noyabr Bəyannaməsinə əsasən Azərbaycan Laçın dəhlizinin açılmasına və təhlükəsizliyinə zəmanət verməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirdi. Ermənistan isə Azərbaycanla Naxçıvanı birləşdirən yolun açılması barədə öhdəlikləri yerinə yetirmədi. Azərbaycanı Naxçıvanla birləşdirəcək və Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizinin açılması istiqamətində Ermənistan tərəfindən heç layihələndirmə işləri belə aparılmayıb. Müharibə başa çatdıqdan sonra Qarabağa heç bir statusun verilməyəcəyi barədə Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyi razılığa gəlmişdilər. Əvvəllər Ermənistan rəhbərliyi bu razılaşmaya riayət edirdi, lakin son zamanlar onlar yenidən status məsələsini gündəmə gətirməyə başlayıblar. Ölkə başçımız cənab İlham Əliyevin də vurğuladığı kimi bu Ermənistanın özünü çox təhlükəli vəziyyətə qoya bilər.
Minsk qrupunun fəaliyyətinin bərpa edilməsi ilə bağlı tez- tez Ermənistan rəhbərliyi tərəfindən əsassız fikirlər irəli sürülür. Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Rusiya da qeyd edir ki, bu qurum artıq fəaliyyət göstərmir.
Azərbaycan Ordusu Müharibədə qələbə qazanmasına baxmayaraq Ordumuzda və hərbi təhsildə böyük islahatlar aparılır. All Baş Komandan cənab İlham Əliyev Ordumuzun maddi texniki bazasının genişləndirilməsinə, Silahlı Qüvvələrimizin ən müasir və yüksək texnologiyalara malik silahlarla təchiz edilməsinə xüsusi diqqət ayırır. Hərbiçilərimizin sosial müdafiəsi məsələsi də hər zaman Prezident cənab İlham Əliyevin diqqətindədir. Qüsursuz hərbi xidmət aparan hərbiçilərimiz mənzillərlə təmin edilir, yeni hərbi hissələr yaradılır və işğaldan azad edilmiş torpaqlarımızda xidmət keçən hərbiçilərimiz üçün hər cür infrastruktura malik hərbi şəhərciklər salınır. Müharibədə qəhrəmanlıq göstərmiş hərbiçilərimizin sosial problemləri daim ölkə rəhbərliyinin diqqətindədir. Müharibə zamanı əlil olmuş hərbiçilərimizə hər cür diqqət və qayğı göstərilir. Əlil olmuş hərbiçilərimiz ən müasir protezlərlə təmin olunurlar. Şəhid ailələri və müharibədə sağlamlığını itirmiş hərbiçilərimiz mənzil və fərdi evlərlə təmin edilirlər. Təkcə bu il 1500 mənzil və fərdi ev tikilərək qazilərə və şəhid ailələrinə təhvil verilib.
Bu gün Qarabağ və Zəngəzur yenidən qurulur. Ermənistan tərəfindən dağıdılıb viran qoyulmuş şəhər və kəndlərimizi bərpa edirik. Bütün bu işləri Azərbaycan öz gücünə görür və heç kimdən bir manat yardım almır. Bu, Azərbaycan dövlətinin iqtisadi gücünün göstəricisidir. Ölkəmiz hər il iqtisadi cəhətdən daha da güclü bir dövlətə çevrilməkdədir. Azərbaycanın iqtisadi cəhətdən güclənməsi onun dünyada siyasi müstəqilliyini gücləndirir. Bu gün heç bir dövlət, heç bir qüvvə Azərbaycana nəsə diqtə edə bilməz.
Azərbaycan büdcəsi tək neft hesabına deyil, Prezident cənab İlham Əliyevin apardığı iqtisadi islahatlar nəticəsində digər sahələrin də sürətlə inkişaf etdirilməsi nəticəsində artmışdır. Bu gün aparılan iqtisadi islahatlar, eləcə də bütün sahələrdə gedən şəffaflıq nəticəsində, altı ay ərzində vergilər sahəsindən büdcəyə proqnozdan əlavə 2 milyard manat vəsait daxil olub.
Azərbaycanda enerji istehsalında da böyük işlər aparılıb. Bərpa olunan enerji sahəsində, xüsusilə böyük layihələrə imza atılıb. Bu sahədə Azərbaycan dünyada ən öndə gedən dövlətlərdən biridir. Bununla yanaşı işğaldan azad edilmiş rayonlarlmızda 10-a yaxın su elektrik stansiyaları tikilib və bu işlər davam etdirilir.
Bu gün Azərbaycanda istismarda olan qaz yataqlarından hasil olan təbii qaz ölkəmizi tam təmin etməklə yanaşı böyük ixrac imkanları da yaradır. Bundan əlavə bir neçə istismara hazır qaz yataqlarımız da mövcuddur ki, bu yataqlar istismara verildikdən sonra ixrac potensialımız xeyli artacaq. Bu da Azərbaycanın iqtisadiyyatının daha da gücləndirilməsinə və dünyadakı siyasi nüfuzunun artmasına səbəb olacaq.
Işğaldan azad edilmiş ərazilərimizdə işlər çox sürətli və planlı şəkildə davam etdirilir. Artıq Ağalı kəndi istifadəyə verilib, bir neçə gündən sonra bu kəndin sakinlərinin bir qisminin buraya köçürülməsinə start veriləcək.
Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı böyük və təxirəsalınmaz işlər həyata keçirilir. Pandemiya və digər səbəblərdən bu gün dünya ərzaq problemi ilə üz- üzrədir. Ölkəmiz də taxıl idxal dən ölkələrdəndir. Bu problemi aradan qaldırmaq üçün Prezident cənab İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş torpaqlarla yanaşı bütün bölgələrimizdə taxıl əkiləcək torpaqların sahəsi 100 min hektara çatdırılmışdır. Bu ərzaq təhlükəsizliyimizin təmin olunmasına böyük töhfə verəcək.
Gələn ilin dövlət büdcəsində hər il olduğu kimi əsas istiqamət sosial istiqamət olacaq. Prezident cənab İlham Əliyevin apardığı siyasətin əsas qayəsini Azərbaycan xalqının rifahı təşkil edir.
Bu gün xarici və yerli sahibkarların Azərbaycana investisiya yatırmaları üçün hər cür şərait yaradılmışdır. Bir çox böyük xarici şirkətlər Azərbaycana investisiya yatırırlar. Bu, Azərbaycan dövlətinə və onun lideri Prezident cənab İlham Əliyevə olan inamın nümunəsidir. Təhsil və yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün ölkə rəhbərliyi tərəfindən ciddi addımlar atılır. Minlərlə gəncimiz illər üzrə təsdiq olunmuş Dövlət Proqramına əsasən dövlət hesabına dünyanın ən nüfuzlu ali məktəblərinə göndərilir. Təhsilini başa vurub qayıdan bu gənclərimiz Azərbaycanın gələcək inkişafı və tərəqqisi üçün fəaliyyət göstərəcək. Prezident cənab İlham Əliyev Azərbaycanı güclü dövlət, Azərbaycan xalqını qəhrəman xalq kimi bütün dünyaya tanıtdı.
Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor
Baxış sayı: 464
Bölməyə aid digər xəbərlər

4-11-2026, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.