“Azərbaycanın təşəbbüsləri Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir”
Tarix: 18-07-2022 19:38 | Bölmə: Siyasət

                     “Azərbaycanın təşəbbüsləri Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir”



“Enerji təhlükəsizliyi məsələləri bu gün daha çox əhəmiyyət daşımağa başlayıb. Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq bizim böyük uğurumuzdur”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayen ilə Bakıda keçirilən görüşdən sonra mətbuata açıqlamasında bildirib.
Bu il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa toxunan dövlət başçısı deyib:
“Bu, bir çox istiqamətləri, o cümlədən neft, qaz, bərpaolunan enerji növləri, enerji səmərəliliyi və digər sahələri əhatə edir. Azərbaycanın bərpaolunan enerji istehsalı sahəsində təşəbbüsləri Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir. Biz artıq külək və günəş enerjisi ilə işləyən layihələrə sərmayə qoyur, öz potensialımıza dair dəyərləndirmələr aparmışıq. İşğaldan azad olunmuş ərazilərdə külək və günəş enerjisi sahəsində böyük potensial var”.


Baxış sayı: 62


Bölməyə aid digər xəbərlər
23-07-2022, 14:57 DSX-də yeni təyinat