Bütün xəbərlər
Reznikov: “Prezident ölkənin cənubunu azad etmək üçün tapşırıq verib”
Tarix: 10-07-2022 23:32 | Bölmə: Siyasət

Reznikov: “Prezident ölkənin cənubunu azad etmək üçün tapşırıq verib”



Ukrayna Prezidenti hərbçilərə ölkənin cənubunu azad etmək üçün tapşırıq verib.
APA xəbər verir ki, bu barədə “The Sunday Times” qəzetinə müsahibəsində Ukrayana müdafiə naziri Aleksey Reznikov deyib.
Onun sözlərinə görə, prezident ölkə iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edən komandanlıq qarşısında cənubdakı sahilyanı əraziləri azad etməyi əmr edib.
“Biz başa düşürük ki, bu, ölkəmiz üçün siyasi baxımdan çox lazımdır. Prezident komandanlıq qarşısında planlar hazırlamağı tapşırıb. Bundan sonra Baş Qərargah tapşırıqlarını yerinə yetirmək üçün planlar hazırlayır”,- deyə Reznikov bildirib.
Qeyd edək ki, mərkəzm hissəsi sə daxil olmaqla böyük bir hissəsi Rusiya qüvvələrinin nəzarətində olan Xerson vilayətində vəziyyət ağır olaraq qalır.
Rusiya hərbçiləri nəzarət etdikləri əraziyə humanitar yardımın göndərilməsini əngəlləyir, Ukrayna Ordusunun vilayətdə azad etdiyi yaşayış məntəqələrini müntəzəm olaraq atəşə tutur.




Baxış sayı: 263


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib