Bütün xəbərlər
Elgün Səfərov BMT-nin nüfuzlu komitəsinə üzv seçildi
Tarix: 24-06-2022 12:40 | Bölmə: Siyasət

                    Elgün Səfərov BMT-nin nüfuzlu komitəsinə üzv seçildi



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya şöbəsinin müdiri Elgün Səfərov Birləşmiş Millətlər Təşkilatının (BMT) nüfuzlu komitəsinə üzv seçilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Azərbaycanın BMT-dəki nümayəndəliyinin rəsmi hesabında yerləşdirilib.
Məlumata əsasən, Elgün Səfərov 2023-2026-cı illər üzrə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzvə Komitəsinin üzvü seçilib. BMT-də keçirilən səsvermədə Azərbaycan nümayəndəsinin lehinə 187 ölkədən 109-u səs verib. 


Baxış sayı: 181


Bölməyə aid digər xəbərlər