Bütün xəbərlər
Hikmət Hacıyev Qarabağa səfər etmiş əcnəbi səyyahlarla görüşdü
Tarix: 19-06-2022 23:25 | Bölmə: Siyasət

                     Hikmət Hacıyev Qarabağa səfər etmiş əcnəbi səyyahlarla görüşdü



Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əcnəbi səyyahlarla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Hikmət Hacıyev tviter hesabında paylaşım edib.
““Ən çox səyahət edən insanlar” klubunun üzvləri ilə görüşdən, onları salamlamaqdan məmnunam. Səyyahlar Kəlbəcərdən Şuşaya qədər işğaldan azad edilmiş ərazilərdə olublar, Ermənistanın vandalizminin miqyasının və işğalının dağıntılarının şahidi olublar. Onlar həm də Azərbaycanın yenidənqurma və şəhərsalma sürətinə heyran olublar”, - Hikmət Hacıyev qeyd edib.



Baxış sayı: 293


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib