Bütün xəbərlər
Deputatlar Qazaxıstanda - Fotolar
Tarix: 17-06-2022 23:03 | Bölmə: Siyasət

                      Deputatlar Qazaxıstanda



Milli Məclisin deputatları Əliabbas Salahzadə və Anar Məmmədov TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun ilk iclasında iştirak etmək üçün iyunun 16-dan Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində səfərdədirlər.
“Qafqazinfo” xəbər verir ki, tədbir “Texnologiya əsrində - Uşaqlar və Gənclik Türklərin gələcəyidir” mövzusuna həsr olunub. Deputatlarımız müzakirəyə çıxarılan mövzu ilə bağlı öz fikirlərini açıqlayıblar.
Səfər çərçivəsində Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Kaşanov, Qazaxıstan İnformasiya və Sosial İnkişaf naziri Askar Umarov, Qazaxıstan, Özbəkistan, Türkiyə, Qırğızıstan parlamentlərinin rəsmiləri ilə görüş keçirilib.
Daha sonra Nur-Sultan şəhərinin gənc deputatları ilə görüşlər, Qazaxıstan Milli Muzeyi, “EXPO-2017” Beynəlxalq Sərgi Mərkəzi ilə tanışlıq nəzərdə tutulub.
Səfər iyunun 19-da başa çatacaq.
 







Baxış sayı: 304


Bölməyə aid digər xəbərlər