21:59 / 05-11-2026
Müəllim məktəbli qıza təcavüz etməkdə ittiham edildikdən sonra intihar edib
21:55 / 05-11-2026
Rusiya və İran Rəşt və Astara arasında dəmir yolu tikintisi barədə razılığa gəliblər
21:51 / 05-11-2026
Slovakiya Prezidenti bildirib ki, Ukraynadakı münaqişə Avropanı yorur
21:47 / 05-11-2026
Viktor But Demokratların ABŞ ara seçkilərində niyə qalib gəldiyini izah etdi
21:42 / 05-11-2026
Rus qadını və qızını öldürən amerikalı ömürlük həbs cəzası alıb
21:38 / 05-11-2026
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
21:35 / 05-11-2026
Rusiyalı fiqurlu konkisürən Qorbaçova Yaponiyada keçiriləcək Qran Pri mərhələsinə dəvət olunub
21:31 / 05-11-2026
İran Təhlükəsizlik Şurasının katibi Rezai İran lideri Xameneidən Putinə mesaj çatdırdı
21:28 / 05-11-2026
Qara dənizin sahillərində nadir xallı delfin yenidən müşahidə edilib
18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
“Milli Qurtuluş dövlətçilik tariximizdə” mövzusunda tədbir keçirilib
Tarix: 14-06-2022 23:10 | Bölmə: Siyasət

AMEA Naxçıvan Bölməsi və muxtar respublikadakı ali təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə “Milli Qurtuluş dövlətçilik tariximizdə” mövzusunda tədbir keçirilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən Sabaha-inamla.az-a verilən məlumata görə tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında 15 İyun – Milli Qurtuluş Gününün qeyd olunması ilə bağlı Tədbirlər Planı”na əsasən keçirilib.
Tədbiri açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası” mövzusunda məruzə edib. Akademik məruzəsində ötən əsrin 90-ci illərinin əvvəllərindən ölkədə mövcud olan ictimai-siyasi vəziyyətdən söz açaraq bildirib ki, hökm sürən hakimiyyət böhranı, ölkənin mühüm güc strukturlarının özbaşınalığı və separatizm cəhdlərinin intensivləşməsi, əzəli torpaqlarımızın işğalı kimi mühüm problemlər xalqı bu bəlalardan xilas edəcək bir liderin gəlişini labüd edirdi. Natiq 1993-cü ilin 15 iyun tarixinin əhəmiyyətindən, dövrün və xalqın tələbi ilə hakimiyyətə gələn dahi rəhbərin həyata keçirdiyi uzaqgörən siyasət strategiyasından, Azərbaycanın gələcək inkişafına hesablanmış məqsədyönlü addımlardan bəhs edib. Vurğulanıb ki, daim xalqı üçün çalışan ulu öndər Heydər Əliyev ağır şəraitdə ayaqda qalmağa çalışan ölkəmizi düşdüyü acınacaqlı vəziyyətdən xilas edərək əsl xilaskarlıq missiyasını yerinə yetirdi. Atəşkəş haqqında sazişin imzalaması, balanslaşdırılmış daxili və xarici siyasətin yürüdülməsi, beynəlxalq təşkilatlarla uzunmüddətli əlaqələrin qurulması, ordu quruculuğu və həyatın digər sferalarında əsaslı islahatların aparılması, xarici investorların ölkəyə cəlb olunması həmin xilaskarlıq missiyasının aparıcı istiqamətləridir.
Qeyd olunub ki, bu missiya hazırda Heydər Əliyev ideyalarına sədaqətlə xidmət edən ölkə başçısı tərəfindən uğurla davam etdirilir. Yürüdülən düzgün siyasət nəticəsində bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edərək regionda qalib dövlətə çevrilib, dünya dövlətləri arasında böyük nüfuza malikdir.
Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev ideyalarının müvəffəq davamından bəhs edən akademik söyləyib ki, aparılan uğurlu siyasət sayəsində Azərbaycan, eləcə də onun tərkib hissəsi Naxçıvan Muxtar Respublikası inkişafının ən qüdrətli dövrünü yaşayır.
Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Siyasətdə varisliyin uğurlu formulu” mövzulu məruzəsində dahi rəhbər Heydər Əliyevin sahib olduğu liderlik bacarıqlarına diqqət çəkib. Müstəqillik dövründə qazanılan inkişafdan söz açan rektor informasiya cəbhəsində, diplomatiya və beynəlxalq hüquq sahəsində qazanılan uğurlardan, labüd Qarabağ zəfərindən danışıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə ilə regionda tarixi ədaləti bərpa etdiyini söyləyən Elbrus İsayev Zəngəzur dəhlizinin açılması ilə ölkəmizin türk dövlətlərini birləşdirmək missiyasını uğurla icra edəcəyini və Naxçıvanın buradakı mühüm əhəmiyyətini qeyd edib.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov tədbirdə “Qurtuluşun çətin və məşəqqətli yolları” mövzusunda məruzə edib. Məruzəçi sovet hakimiyyətinin dağıldığı ərəfədə xarici dövlətlərin Azərbaycanla bağlı fərqli maraqlarına diqqət çəkib. “Yenicə müstəqilliyini bərpa etmiş ölkəni inkişafa istiqamətləndirmək, xalqın gələcəyi üçün islahatlar aparmaq böyük siyasi bacarıq və əsl sərkərdə cəsarəti tələb edirdi”,-deyən rektor qeyd edib ki, belə məsulliyyətli missiyanın öhdəsindən yalnız Heydər Əliyev kimi dahi gələ bilərdi.
“Bu gün milli qurtuluş idealogiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü biruzə verir. Ölkəmizin dünyadakı nüfuzu gündən-günə artır”,- bu fikirləri “Naxçıvan” Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva “Qurtuluşdan başlanan inkişaf strategiyası” mövzulu məruzəsində səsləndirib. Rektor 15 İyun tarixini müstəqil Azərbaycan dövlətinin inkişafın yeni mərhələsinə qədəm qoyduğu gün kimi xarakterizə edib, ordu quruculuğu, iqtisadiyyat, mədəniyyət sahələrində qazanılan nailiyyətlərdən söz açıb.
Çıxışların sonunda məruzəçilər 15 İyun – Milli Qurtuluş Günü münasibətilə xalqımızı təbrik edib, xoş diləklərini çatdırıblar.
Sabaha-inamla.az

Baxış sayı: 531
Bölməyə aid digər xəbərlər

4-11-2026, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.