Bütün xəbərlər
Baş prokurordan yeni təyinatlar
Tarix: 20-04-2022 19:16 | Bölmə: Siyasət

                     Baş prokurordan yeni təyinatlar


Xocalı, Daşkəsən və Tovuz rayonlarına yeni prokurorlar təyin edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.
Xocalı rayon prokuroru Şahin İmanov tutduğu vəzifədən azad olunaraq Daşkəsənə prokuror təyin edilib. Daşkəsən rayon prokuroru Maarif Hüseynov isə Tovuz rayonuna prokuror göndərilib. 
Baş prokurorun digər əmri ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Əvəz Əliyev Xocalı rayonuna prokuror təyin edilib.


Baxış sayı: 231


Bölməyə aid digər xəbərlər