Bütün xəbərlər
Ukraynada səfərdə olan eks prezident dedi: "Bu qərarı Saakaşvili ilə birgə verdik"
Tarix: 18-04-2022 23:39 | Bölmə: Siyasət
                      

"Ukraynaya gəlmək və prezidentlərin Ukrayna xalqının yanında olduğunu göstərmək qərarını Saakaşvili ilə birgə verdik". 24News.ge xəbər verir ki, bu sözləri Gürcüstanın 4-cü prezidenti Giorgi Marqvelaşvili, Ukraynaya səfəri zamanı medialara müsahibəsində bildirib. Onun sözlərinə görə, onlar Ukrayna xalqına və orada döyüşən gürcülərin yanlarında olduğunu göstərmək üçün Ukraynaya səfər ediblər:"Biz Ukraynaya gürcü xalqının, faktiki olaraq hər bir Gürcüstan vətəndaşının Ukraynada yüksək səviyyəli nümayəndəliyə malik olmaq arzusunu yerinə yetirmək, Ukrayna xalqına və burada döyüşən gürcülərin yanlarında olduğumuzu bir daha göstərmək üçün gəlmişik. Bu istək məndə çoxdan var idi və prezident Saakaşvili də eyni emosiyaya malik idi və bura gəlib, prezidentlərin Ukrayna xalqının yanında olduqlarını göstərmək qərarını Saakaşvili ilə birlikdə verdik", - deyə Marqvelaşvili bildirib.



Baxış sayı: 285


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib