Bütün xəbərlər
Boris Conson: “Atəşkəs Rusiyaya tətbiq edilən sanksiyaların ləğvi üçün kifayət etməyəcək”
Tarix: 29-03-2022 21:56 | Bölmə: Siyasət

Boris Conson


Ukrayna və Rusiya arasında atəşkəsin əldə edilməsi Böyük Britaniyanın sanksiyalarını ləğv etməsi üçün kifayət etməyəcək.
APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson nazirlərlə keçirdiyi görüşündə deyib.
“Baş nazir qeyd etdi ki, yalnız atəşkəs Böyük Britaniyanın Rusiyaya sanksiyalarının ləğv etməsinə səbəb olmayacaq. O, deyib ki, (Rusiya Prezidenti Vladimir – red.) Putin üzərində təzyiq həm iqtisadi tədbirlərlə, həm də Rusiyanın kursunu tamamilə dəyişdirəcək hərbi yardımlarla artırılmalıdır ”, - deyə Baş nazirin mətbuat katibi bildirib.



Baxış sayı: 308


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib