Bütün xəbərlər
Human Rigtch Watch erməni saytlarının hay-küyünə canfəşanlıqla dəstək verir - RƏY
Tarix: 26-03-2022 20:11 | Bölmə: Siyasət

                         



Human Rights Watch-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Gogia tvitində son iki həftələrdə ikinci dəfə Azərbaycanın nəzarət etdiyi ərazidən keçən qaz kəmərinə görə "Dağlıq Qarabağ əhalisinin dondurucu soyuqda istiliksiz qaldığını" bildirib.
Qarabağ iqtisadi ərazisindən keçən qaz kəmərində baş verən qəza nəticəsində qaz verilməsində yaranan fasilələr haqqında erməni özünəməxsus təbliğat maşınını işə salıb.
Giorgi Gogia isə bu fürsəti dəyərləndirir.44 günlük Vətən müharibəsi dövründə ermənistan tərəfindən Gəncəyə, Bərdəyə,Tərtərdə xüsusilə dinc əhaliyə qarşı törətdilən cinayəti, həlak olan qadın və uşaqları,hər iki valideynini itirmiş körpələri, gözünü itirmiş qadını görmədilərmi?

Sabaha-inamla.az SİA-ya istinadən xəbər verir ki, bunu Sosial-İqtisadi və Kənd Təsərrüfatınin İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva bildirib.

       

“İkili standartlarla fəaliyyət göstərən Human Rights Watch Azərbaycanın haqq savaşında,mülki əhaliyə qarşı törədilən cinayətə qarşı susmağa üstünlük verdi.
Erməni lobbisi tərəfindən maliyyələşən Human Rigtch Watch erməni saytlarının hay-küyünə canfəşanlıqla dəstək verir.
Azərbaycan Ordusu ilə mübarizə aparmağa qadir olmayan Ermənistan, Xocalıda törətdikləri cinauətin davamı olaraq 44 günlük Vətən müharibəsi zamanı eyni cinayətə imza atdı.
Human Rights Watch niyə bu haqsızlığa,vəhşiliyə,cinayətə göz yumdu?
Niyə bu cinayəti dünyaya çatdırmaqda maraqlı olmadı? Niyə Azərbaycan insanına qarşı biganəlik, laqeyidlik sərgilədi?
Xankəndi erməni əhalisinin az sayda məskunlaşdığı Azərbaycan ərazisidir.
30 il işğalda saxladıqları ərazilərimizi xarabalığa çevirən Ermənistanı görmək istəməyənlər, seperatçı ermənilər üşüyən kimi səsləri çıxmağa başladı.
Ermənistanın ərazimizə qarşı 30 il ərzində həyata keçirdikləri yalan təbliğatının, yalan ərazi iddialarının və mülki əhaliyə qarşı törədilən cinayətlərinin cavabını Azərbaycan Ordusu torpaqlarımızı azad edərək verdi.
"Dağlıq Qarabağ" anlayışı istifadə oluna bilməz və birmənalı olaraq Qarabağ Azərbaycandır!”- birlik sədri deyib.


Baxış sayı: 240


Bölməyə aid digər xəbərlər