Bütün xəbərlər
Ərdoğan Qara dənizdəki minalardan danışdı
Tarix: 22-03-2022 20:59 | Bölmə: Siyasət

               Ərdoğan Qara dənizdəki minalardan danışdı



"Türkiyə Milli Müdafiə Nazirliyi Qara dənizdə dreyf edən minalarla bağlı məlumatla əlaqədar lazımi tədbirlər görəcək".
“Qafqazinfo” Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə danışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda bu məlumatın müzakirə olunduğunu qeyd edib:
“Bununla bağlı Milli Müdafiə Nazirliyimiz bütün tədbirləri görür. Lazım olan hər şey ediləcək. Tərəddüdünüz olmasın”.
Qeyd edək ki, Ukraynanın Odessa sahillərində Rusiya hərbi gəmilərinə qarşı yerləşdirdiyi iddia edilən minalar Qara dənizdə fırtına nəticəsində lövbərlərindən uzaqlaşaraq Türkiyə sahilləri üçün də təhlükəli vəziyyət yaradıb.
Türkiyə Hərbi Dəniz Qüvvələri bununla bağlı gəmilərə xəbərdarlıq edərək, dənizçilərdən dreyf edən minalara qarşı diqqətli olmağı istəyib.
Sözügedən minalarla bağlı Rusiya və Ukrayna bir-birini günahlandırır. Rəsmi Kiyev bəyan edib ki, Rusiya Qərbi Qara dəniz akvatoriyasına yüzlərlə mina yerləşdirməklə günahı Ukraynanın üzərinə yıxmaq istəyir.



Baxış sayı: 273


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib