Bütün xəbərlər
ABŞ Dövlət katibi İlham Əliyevə zəng etdi
Tarix: 15-03-2022 23:43 | Bölmə: Siyasət

                    ABŞ Dövlət katibi İlham Əliyevə zəng etdi



Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
“Qafqazinfo” xəbər verir ki,bu barədə Blinken Tvitter hesabında paylaşım edib.
“Azərbaycan Prezidenti ilə regional münaqişələrin həlli və Cənubi Qafqazda sülhə doğru irəliləmənin vacibliyi haqqında danışdım.
Mən Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür etdim” , - o bildirib.


***
Martın 15-də Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb.
Telefon danışığı əsnasında regional təhlükəsizlik məsələləri də müzakirə edilib.
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.



Baxış sayı: 274


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib