Bütün xəbərlər
Azərbaycan bütün dünyada sülh istəyir!-Ülviyyə Həmzəyeva
Tarix: 14-03-2022 22:04 | Bölmə: Siyasət

Biz müharibənin ağır nəticələrini, itkilərini birinci Qarabağ və ikinci Qarabağ müharibəsi dövründə görmüşük.
Biz haqsızlığı, ədalətsizliyi bir xalq olaraq yaxından hiss etmişik.
Rusiya- Ukrayna münaqişəsi bizi və bir çox dövlətləri narahat edir.
Azərbaycan sülh tərəfdarıdır və Türkiyə ilə eyni mövqedən çıxış edir. Türkiyədə təşkil olunan görüşlər sülhə çağırır.
Ukraynanın suverenliyi müdafiə edilməlidir və onun sərhədləri 1991-ci ildən, Sovet İttifaqı dağıldıqdan sonra necə idisə, elə də qalmalıdır.
Ukrayna xalqı bu gün qəhrəmanlıq göstərərək öz ərazisini qoruyur.
Azərbaycan və qardaş ölkə Türkiyə çalışır ki, müharibə dayandırılsın, danışıqlar keçirilsin və bu danışıqların nəticəsi olsun. Təbii ki, beynəlxalq qanunlar var və həmin qanunlara söykənənərək bütün məsələlər həll edilməlidir.
Döyüşlərdə günahsız əli yalın insanlar, uşaqlar öldürülür. Bununla yanaşı, iqtisadi gərginliklər dünya maliyyə bazarına mənfi təsir göstərir və bunun qarşısını almaq üçün intensiv müzakirələr aparılmalı, vasitəçilərin iştirakı ilə danışıqlar qurulmalı, çıxış yolları tapılmalıdır.
Sivil toplumda müharibə olmamalıdır!
Müsbət nəticələrə ümid edirik.


Ülviyyə Həmzəyeva,
Milli Məclisin deputatı



Baxış sayı: 576


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib