Bütün xəbərlər
Adil Əliyev Daxili Qoşunların əməkdaşlarının peşə bayramını təbrik edib
Tarix: 12-03-2022 21:12 | Bölmə: Siyasət


Milli Məclisin sədr müavini Adil Əliyev Daxili Qoşunların əməkdaşlarının peşə bayramını təbrik edib.
Sabaha-inamla.az Adil Əliyevin sosial şəbəkədə yazdığı təbrikin mətnini diqqətə çatdırır:
"Bu gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşlarının peşə bayramı günüdür. Daxili Qoşunların şəxsi heyəti Azərbaycanın Zəfər tarixinin yazıldığı, əzəli və əbədi torpaqlarının düşmən işğalından azad edildiyi Vətən müharibəsində şövqlə döyüşərək, döyüş meydanında şücaət göstərmişlər. Vətən müharibəsində Daxili Qoşunların 66 nəfər hərbi qulluqçusu qəhrəmancasına şəhid olmuş, 346 nəfər hərbi qulluqçusu isə yaralanmışdır. Bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr, qazilərimizə şəfa arzulayır, qəhrəmanlarımızın peşə bayramını təbrik edirəm".
Sabaha-inamla.az




Baxış sayı: 411


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib